Azərbaycanlı rəssamın Neapol uğuru
Tarix: 19.09.2019 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


İtaliyanın Neapol şəhərində azərbaycanlı rəssam Elay Məmmədovun fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Palazzo Fondi” sərgi salonunda keçirilən tədbir Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Açılış mərasimində Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyo, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov, İtaliyadakı azərbaycanlı icmasının təmsilçiləri, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İtaliyada yaşayan və yaradıcılığında monoxrom üsluba üstünlük verən rəssam Elay Məmmədovun əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgi sentyabrın 22-dək davam edəcək.

Fuad





 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb
21.10.2019
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info