“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
Tarix: 19.09.2019 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


ABŞ-da çıxan “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, materialda Ermənistanın Baş nazirinin Los-Ancelesə qarşıdakı səfərindən və nasizmi, irqçiliyi təşviq edən Ermənistan rəhbərliyinin biabırçı reputasiyasından bəhs edilir. Müəllif yazır ki, sentyabrın 22-də Los-Ancelesə birgünlük səfər edəcək Paşinyan Los-Ancelesdəki Qrand-parkda Cənubi Kaliforniyanın erməni icması ilə görüşəcək. Qringer vurğulayır ki, Ermənistanın Los-Anceles hakim dairələri tərəfindən bu böyük şərəfə layiq görülməsinə yol verilməməlidir və bunun səbəbləri çoxdur.

Avropa ölkələrinin çoxunun keçmişi nasizmlə bağlıdır. Lakin həmin ölkələrin əksəriyyəti bu keçmişi və onun iştirakçılarını pisləyiblər. Həmin ölkələr nasistlərin hər hansı şəkildə mədh olunmasından çəkinməyə çalışır. Ermənistan isə bu baxımdan istisnadır. Bu ölkədə nasist veteranları “qəhrəman” hesab edirlər. Ermənistan nasistlərə kömək etmiş, onlarla əməkdaşlıq etmiş və nasistlərin törətdiyi dəhşətli cinayətlərdə fəal iştirak etmiş erməni hərbi rəhbərlərini pisləməyə heç vaxt cəhd göstərməyib. Üstəlik, Ermənistan belələrini tərifləməkdə, bu “veteranları” “milli qəhrəman” elan edərək onların “irs”lərini məktəblərdə erməni uşaqlarına öyrətməkdə davam edir. Məsələn, 2016-cı ildə Yerevanda nasizm fanfarları fonunda erməni millətçisi və inqilabçısı, nasistlərin törətdiyi cinayətlərin iştirakçısı olmuş Qaregin Njdeyə heykəlin açılışı mərasimində Ermənistanın rəsmi şəxsləri də iştirak ediblər. Qringer göstərib ki, İkinci Dünya müharibəsi illərində erməni hərbi canilər Qaregin Njde və general Dro təqribən 30.000 nəfərdən ibarət bədnam “erməni legionu” yaradıb və onu kütləvi qətllər törədilməsi üçün nasistlərin ixtiyarına veriblər. Erməni legionu alman Vermaxtının tərkibində Krımda, Qafqazda və Fransanın cənubunda vuruşub, yəhudiləri və digər “arzuolunmaz” etnik qrupların nümayəndələrini toplamaqda nasistlərə fəal kömək edib, cəza düşərgələrində “yəhudilərə ölüm marşları” təşkil ediblər.
Anası yəhudi olan Los-Anceles meri Erik Qarsetti və amerikalı yəhudilərin də daxil olduğu Los-Anceles Şəhər Şurası bir fakta görə narahat olmalıdırlar ki, nasist canilər Njde və Dro Ermənistanda böyük qəhrəmanlar elan ediliblər. Antidiffamasiya Liqası müəyyən edib ki, Ermənistanın 2,2 milyon yaşlı sakininin 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır. Bu, Ermənistanın Avropada ikinci antisemit ölkə olması deməkdir. 2018-ci ildə Pyu Tədqiqat Mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, ermənilərin 32 faizi yəhudiləri öz həmvətənləri kimi qəbul etmir və Ermənistanda “yəhudi problemi” var.
Erməni təcavüzü və Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən hərbi işğalı etnik azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi ilə müşayiət olunub. Belə faciələrdən ən dəhşətlisi 1992-ci fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verib. Müəllif vurğulayır ki, o vaxt erməni silahlı qüvvələri bu şəhərə soxulub və Azərbaycanın 613 nəfər mülki vətəndaşını qətlə yetiriblər.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir, erməni işğalçı qüvvələrinin işğal edilmiş bütün regionlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilir. Qringer məqalənin sonunda təəssüflə yazır ki, bu günə qədər Ermənistan BMT Təhlükəsizlik Şurasının hüquqi baxımdan məcburi olan bu qətnamələrini yerinə yetirməyib.

“Orduda baş verən özbaşınalıq, intihar, korrupsiya, cinsi və fiziki təcavüz hallarının artması kimi hallar erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olub”

Yeri gəlmişkən, analitik Ehtiram Aşırlı “Palitra”ya bildirib ki, son bir neçə gündür, hətta bir neçə aydır Ermənistanın daxili siyasətində təlatümlər yaşanır: “Hazırda Ermənistan daxili siyasətindəki mövcud vəziyyət belədir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanı yenidən həbs edilib. Bunun timsalında Köçəryanın tərəfdarları hakimiyyət nümayəndələrinə təzyiqlər edir və məhkəmə binasının qarşısında durmadan etiraz aksiyaları keçirirlər.
Məhkəmə sisteminin düzgün işləməməsi və islahatların aparılması üçün məhkəmələr bağlanmalıdır şəklində Paşinyan tərəfindən edilən açıqlamanın xalq və bəzi müxalifət nümayəndələri tərəfindən narazılıqla qəbul edilməsi, 2008-ci il 1 mart hadisələri ilə əlaqədar köhnə hakimiyyət nümayəndələrindən keçmiş müdafiə naziri Seyran Ohanyan və sabiq silahlı qüvvələrin baş qərargah rəisi daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatının katibi olmuş Yuri Xaçaturovun dindirilməsi prosesi də birmənalı qarşılanmır”.
O qeyd edib ki, orduda ərzaq probleminin, xüsusilə də qidanın keyfiyyətinin aşağı olması hərbi hissələrdə əsgərlər və hətta yüksək rütbəli zabitlər tərəfindən narazılığa səbəb olur: “Orduda baş verən özbaşınalıq, intihar, korrupsiya, cinsi və fiziki təcavüz hallarının artması həmçinin əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən döyülərək öldürülməsi kimi hallar erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Xüsusilə də erməni anaları övladlarını öldürənlərin cəzalandırılması, ədalətin təmin olunması üçün hökumət və MN binası qarşısında etiraz aksiyaları keçirərək Paşinyanla və Tonoyanla görüşmək istədiklərini bildirsələr də nə Paşinyan nədəki Tonoyan onları qəbul etmir. Belə olan təqdirdə analar Paşinyana inandıqları üçün yanıldıqlarını və onların keçmiş hakimiyyətdən heç nə ilə fərqlənmədiklərini bildirirlər.
Ermənistan Müdafiə Nazirliyi daxilində ən əsas problemlər hərbi qulluqçuların sosial təminatlarının aşağı olması və məzuniyyət kompensasiyalarının verilməməsi, evlə təmin edilməməsi kimi məsələlərdir ki, hərbi qulluqçuların MN binası qarşısında aclıq aksiyası keçirmələrinə gətirib çıxarır”.

“Paşinyan hakimiyyəti tamamilə çökməkdədir”
Analitikin fikrincə, Ermənistan ictimaiyyətində Paşinyana olan inam günü-gündən azalır: “Son zamanlar keçirilən sorğulara görə onun reytinqinin 50%-dən aşağı olduğu qeyd edilir: “Paşinyanın kreslosunun lax dığı bir vaxtda Amulsar mədənin istismarı ilə bağlı xalq arasında narazılıqların yaranması, bunun timsalında parlament və hakim partiya arasında fikir ayrılıqlarının yaranması son zamanlar erməni mətbuatında Paşinyanın ehtiyat qüvvə topladığı, yenidən seçkilərə gedə biləcək kimi fikirlər səslənməsinə gətirib çıxarıb. Baxmayaraq ki,Paşinyan xalqa müraciət edərək Amulsar mədəninə gedən yolu açmalarını xahiş etdi və xalq bu dəfə onun xahişinə məhəl qoymadı.
Bu məsələ Paşinyan və komandası arasında anlaşılmazlıqlara səbəb olub. Belə ki erməni mətbuatında çıxan xəbərlərə görə parlamentin vitse-spikeri, “Mənim addımım” blokunun üzvü Lena Nazaryan mədənin istismara açılması fikri ilə razı olmadığını və əksini düşündüyünü Paşinyanın özünə bildirib.
Bu məsələ özlüyündə hakimiyyət daxilində istefaların olmasına gətirib çıxardı. Belə ki, Ermənistanın polis rəisi Valeri Osipyanın istefaya getməsilə nəticələndi. Erməni KİV-də yayılan məlumatlara görə ictimaiyyət əgər Amulsar mədəninə gedən yolu açmasa, o zaman Paşinyan polis qoşunlarını oraya daxil edərək xalqa qarşı zor tətbiq edəcəkdir. Sentyabrın 17-də Paşinyanın rəhbərliyi ilə keçirilən təhlükəsizlik şurasının iclası zamanı bu məsələ ilə bağlı Paşinyanla Valeriy Osipyan arasında keçən söhbət əsnasında polis rəisinin istefa verməsinə qərar verilib. Erməni mətbuatında yayılan məlumatlara görə, Paşinyan polis rəisinə əgər sən “polisi ora daxil edə bilməyəcəksənsə” və “mənim qərarlarıma şübhə ilə yanaşırsan” şəklində sərt ifadələr işlətməsi Valeriy Osipyanın vəzifədən uzaqlaşması ilə nəticələnib.
Hakimiyyət daxilindəki istefalardan biri də Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın istefa verməsidir”.
Ehtiram Aşırlı qeyd edir ki, Paşinyan hakimiyyəti tamamilə çökməkdədir və bu ölkə daxilində parçalanma, hətta vətəndaş müharibəsinə gətirib çıxaracaq hadisələrin yaşanması ehtimalı yüksəkdir.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib”
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info