Fuad Qəhrəmanlının qızı: “Mənə hakimiyyətdən təzyiq olmayıb, statusu özüm yazmışam“ - VİDEO MÜRACİƏT
Tarix: 19.09.2019 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Fuad Qəhrəmanlının qızı Selcan Yağmur facebook üzərindən video paylaşıb.
APA-nın məlumatına görə, Selcan Yağmur video müraciətində atasından imtina etdiyini təsdiqləyib: “Facebookda yazdıqlarımdan sonra belə bir iddia olunub ki, guya mənim profilim oğurlanıb. Bununla bağlı bir çox jurnalistlər mənə yazaraq açıqlama verməyimi istədilər. Mən deyilə biləcək hər şeyi o yazıda demişəm. Məsələ ilə bağlı başqa bir şey demək istəmirəm. Bu çox ağır mövzudur. Mən o yazını 40 dəfə yazıb silmişəm. Mən günahkar deyiləm, səhv bir şey eləməmişəm. Mən birdə bu mövzu barədə danışa bilməyəcəyəm. Bir daha demək istəyirəm ki, profilim oğurlanmayıb. Mən Hollandiyadayam və mənə hakimiyyətdən təzyiq olmayıb. Yazıların hamısını özüm yazmışam. Hər kəsə belə çətin bir mövzuda dəstəyə görə təşəkkürümü bildirirəm”.

Saat 18:24

Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı yazdığı statusu təsdiqləyib.

Fuad Qəhrəmanlının qızı APA-ya açıqlamasında bildirib ki, profili oğurlanmayıb və məlum statusu özü yazıb: “Mən universitetdəyəm. Zənglər və açıqlamalar üçün vaxtım yoxdu. Yazıları özüm yazmışam. Profilim də oğurlanmayıb. Deyilənlərə inanmayın”.
Qeyd edək ki, Selcan Yağmur bu gün atasından imtina etməsi ilə bağlı status yazıb. Fuad Qəhrəmanlı isə qızının facebook profilinin oğurlandığını və yazılanların düzgün olmadığını bildirib. Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) isə bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info