Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində peşə təmayüllü sinif yaradılıb
Tarix: 20.09.2019 | Saat: 08:19:00 | E-mail | Çapa göndər



Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində yeni dərs ilində ölkəmizin 20 ümumi təhsil müəssisəsində, o cümlədən Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində peşə təmayüllü sinif yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsil alanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.
Təhsil alanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.
Məktəbin direktoru Namiq Ağayev bildirib ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihəyə əsasən məktəbimizdə bir sinifdə layihənin icrasına başlanılıb. Bu sinifdə 20 şagird 2 qrupda 2 ixtisasdan olan kənd təsərrüfatı və turizm peşələrinə yiyələnəcək. Onlar məktəbi bitirdikdən sonra artıq seçdikləri müxtəlif sənət üzrə istehsal sahələrində bacarıqlı peşə ustası kimi işləyə biləcəklər.
Peşə təmayüllü siniflərin qrup rəhbərləri Təhsil Nazirliyində müsahibədən keçərək onlar üçün təlimlər təşkil edilib. Masallı şəhər 4 nömrəli Digah kənd tam orta məktəbində bu sinfə qrup rəhbəri, məktəbin müəllimi Təranə Əliyeva təyin olunub.
Peşə təmayüllü sinfə, həmçinin Ərkivan qəsəbə, Bambaşı və Öncəqala kənd tam orta məktəblərin şagirdləri də qəbul olunublar.
Dərslər Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı və modul spesifikasiyası üzrə təhsil alanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
21.10.2019
“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info