“Əsrin müqaviləsi“ müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu
Tarix: 20.09.2019 | Saat: 10:47:00 | E-mail | Çapa göndər


"Əsrin müqaviləsi"nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi və müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu. Biz bu müqaviləni haqlı olaraq müstəqilliyimizin qarantı olan tarixi layihə adlandırırıq. O zamankı şərtlər və ölkəmizdə, o cümlədən dünyada baş verən prosesləri nəzərə alsaq, Ulu Öndərin nə qədər böyük və tarixi əhəmiyyətli bir nailiyyətə imza atdığını daha yaxşı dərk edərik".
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sahibə Qafarova deyib.
Deputat bildirib ki, "Əsrin müqaviləsi" ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi: "Məhz yeni neft strategiyasının uğurla reallaşdırılması və bunun ardınca atılan digər addımlar nəticəsində Azərbaycanda siyasi-ictimai sabitlik təmin olundu, əldə olunan gəlirlər genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə imkan verdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin uğurlu inteqrasiyası məsələləri də qısa zamanda həllini tapdı".
S.Qafarovanın sözlərinə görə, "Əsrin müqaviləsi"nin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun ölkəmizə qazandırdığı siyasi üstünlüklər də olduqca qiymətlidir. Bu müqavilə ondan sonrakı mərhələdə Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri regional və qitə miqyasında əməkdaşlığın dərinləşməsinə mühüm töfhələr verdi: ""Əsrin müqaviləsi" və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Sosial sahədə həyata keçirilən tədbirlər, ölkəmizdə pensiya və müavinətlərin, əməkhaqların, təqaüdlərin artırılması, təhsil və səhiyyə ocaqlarının tikilməsi, yol nəqliyyat infrastrukturunun genişlənməsi və bu qəbildən olan çoxşaxəli tədbirlər sosial sahədə əsaslı canlanma yaratdı".
Millət vəkili, həmçinin qeyd edib ki, "Əsrin müqaviləsi" ilə əsası qoyulan yeni enerji strategiyasının reallaşdırılması sayəsində şaxələndirilmiş nəql marşrutlarına nail olması da strateji önəm daşıyır: “1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2002-ci ildə "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə adlandırdığı əsas neft kəməri - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. 2005-ci il mayın 25-də Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasiminin keçirilməsi ilə Azərbaycan əfsanəni gerçəkliyə çevirərək qısa müstəqillik tarixində daha bir möhtəşəm uğura imza atdı. Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir”.
S.Qafarova Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan "Cənub Qaz Dəhlizi"nin də ölkəmizin inkişaf tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək: "Bu isə bu gün 25 illiyini qeyd etdiyimiz "Əsrin müqaviləsi" ilə əsası qoyulan Azərbaycanın uğurlu enerji siyasətinin Ulu öndər Heydər Əliyevin həm bugünkü, həm də sabahkı nəsillər qarşısında tarixi xidməti olduğunu təsdiq edir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın dinamik inkişafı uğurla davam edir, ölkəmizin beynəlxalq mövqeləri güclənir. Bu gün Azərbaycan gələcəyə doğru inamla və qətiyyətlə adıımlayan qüdrətli dövlətdir".
Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi" imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir
20.10.2019
Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info