Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
Tarix: 20.09.2019 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramova 11-14 sentyabr 2019-cu il tarixlərində Turkiyənin İstanbul şəhərində Perinatal Tibb Ümumdünya Birliyi və Perinatal Tibb Beynəlxalq Akademiyasının dəstəyi ilə keçirilmiş 14-cü Ümumdünya Perinatal Tibb konfransında və İan Donald Ultrasəs məktəbinin təlim kursunda iştirak etmişdir.
Mərkəzi Gömrük Hospitalı tərəfindən Türkiyədə beynəlxalq konfransda iştirak etmək üçün ezam olunmuş həkim Təranə Bayramova apardığı elmi tədqiqat işinin nəticələrinə əsasən hazırladığı “Orqan transplantasiyası resipientlərində hamiləlik nəticələri: 10 illik təcrübəmiz” və “Böyrək transplantasiyası resipientlərində hamiləlik: bizim mərkəzin nəticələri” mövzularında çıxış etmiş və onun çıxışı xarici həmkarların böyük marağına səbəb olmuşdur.

Moderatorları Prof. Asım Kurjak və Prof. Dr. Eberhard Merz olan “İAN Donald Ultrasəs” məktəbinin təlim kursunda fetal defektlərin aşkar olunmasında 3D/4D ultrasəs müayinələrinin rolu, 3D ultrasəslə dölün beyninin kistik anomaliyalarının və fetal ətraf defektlərinin təsbiti, anormal invaziv plasentanın ultrasəs müayinə xüsusiyyətləri, hamilə qadınlarda keysəriyyə çapığının ultrasəslə dəyərləndirilməsi, 3D ultrasəslə ektopik hamiləliklərin təyini, 3D/4D ultrasəs müayinəsinin sonsuzluqda tətbiqi mövzularında məruzələr dinlənilmiş, kurs iştirakçısı olan hər bir həkimə müasir 3D/4D cihazlarından istifadə qaydaları izah edilərək, onlara müayinə etmək imkanı yaradılmışdır.

Konfransda müxtəlif xarici ölkələrdən gələn tədqiqatçı alimlərin fikirləri müzakirə edilmiş, perinatal tibbin tarixi, inkişafı, hamiləlik dopplerometriyası, 3D/4D ultrasəsin tətbiqi ilə döl anomaliyalarının təyin edilməsi, dölün ürək və ağciyər normal funksiyası və patologiyalarının öyrənilməsi ilə əlaqəli çıxışlar olmuşdur. Eyni zamanda fetal terapiyada yeni müalicə aspektləri, döl anomaliyaları, döl ürəyinin araşdırılması, mamalıq fiziologiya və patologiyası, yeniliklər, prenatal və perinatal diaqnostikanın aparılması, neonatologiyada yeniliklər, hamiləlikdə arterial hipertenziyanın və hestasional diabetin müalicəsi, doğumxanada ana və yenidoğulana qulluğun aparılma qaydaları, doğum sonrası qanaxmalar və müdaxilələr, I trimestr ultrasəs müayinəsinin aparılması, fetal onurğa cərrahiyyəsi, neonatal infeksiyaların aradan qaldırılması yolları haqqında məlumatlar verilmişdir.

Müasir laborator və instrumental müayinə üsullarının düzgün tətbiq edilməsinə dair yeni məlumatların əldə edilməsi ilə yadda qalan konfransda Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramovanın əldə etdiyi müasir biliklər prenatal diaqnostika sahəsində yeni uğurlar qazanacağına yardımçı olacaqdır.
Tural







 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Tez-tez ağlamaq istəyi...
13.12.2019
Çox yatmaq iflic riskini azaldır, ya artırır?
12.12.2019
Çuğundurun bilmədiyiniz faydaları
11.12.2019
Nazir müavini: “Şprislərin saxta olması iddiası...“
10.12.2019
Duzlu suyun bilinməyən faydaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info