Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib
Tarix: 20.09.2019 | Saat: 14:03:00 | E-mail | Çapa göndər


Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermotdan bu ölkədə yaşayan azərbaycanlılara qarşı ədalətli mövqe nümayiş etdirməyi tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə AAA rəhbərliyinin sentyabrın 19-da H.MakDermota ünvanladığı məktubda deyilir.
Bildirilir ki, son vaxtlar Yeni Cənubi Uels ştatının bəzi siyasətçiləri fəal şəkildə bu ərazidə yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmanı və siyasi gərginliyi artırırlar. H.MakDermotun bu münaqişəni Yeni Cənubi Uels ştatının parlamentinə çıxarmaq üçün çalışması AAA rəhbərliyini ciddi narahat edir.
Məktubda Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə geniş yer verilir və yüz illər boyu ermənilərin tarixi Azərbaycan torpaqlarını qəsb etmək üçün apardığı işğalçı siyasət barədə ətraflı məlumat avstraliyalı deputatın diqqətinə çatdırılır. Ermənistan silahlı qüvvələri tərəfindən 1918-ci ildən başlayaraq Azərbaycan ərazilərində, o cümlədən Bakı şəhərində dinc əhaliyə qarşı törədilən qanlı cinayətlər barədə ətraflı məlumat verilir. Bu qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlının qətlə yetirildiyi faktlarla sadalanır.
Ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin dağılması ərəfəsində ermənilərin yaranan şəraitdən istifadə edərək Azərbaycan torpaqlarının işğalı istiqamətində törətdikləri qanlı cinayətlərə də məktubda geniş yer verilir. Bildirilir ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğalı üçün azərbaycanlıların yaşadıqları ərazilərdə törədilən faciələr, xüsusən Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək.
Vurğulanır ki, Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan öz ata-baba yurdlarından didərgin düşərək bu gün də qaçqın və məcburi köçkün statusu daşıyır. Hazırda Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır.
Avstraliyadakı azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətini vurğulayan AAA rəhbərliyi yerli siyasətçilərin birtərəfli mövqeyinin və siyasi hərəkətlərinin bunu pozmağa yönəldiyini bir daha diqqətə çatdırır. Qeyd edir ki, bu cür hərəkətlərin xüsusən məktəblərdə törədilməsi buradakı erməni şagirdlərlə azərbaycanlı və türk məktəblilər arasında xoşagəlməz hallara yol açır.
Bütün bu halların çox ciddi nəticələrə aparıb çıxaracağı barədə xəbərdarlıq edən diaspor təşkilatı avstraliyalı deputatdan yerli seçici kateqoriyasına daxil olan azərbaycanlıların da haqq səsini dinləməsini və Azərbaycan icmasına diqqətlə yanaşmasını tələb edir. Məktub AAA-nın sədri Mikayıl Oyta tərəfindən imzalanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info