Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
Tarix: 20.09.2019 | Saat: 14:46:00 | E-mail | Çapa göndər



“Lragir”: ”Bizə, Qafqazdakı ən yaxın müttəfiqinə yemiş-qarpız yetişdirib Rusiyaya göndərməyi məsləhət görən Kreml, Türkiyəni, hətta nüvə və kosmik texnologiyalarla da təmin etməyə hazırdır”

Ermənilərin «Lragir» saytı yazır ki, son zamanlar bir çox media eksperti və əvvəlki rejimə bağlı qruplar Ermənistan-Rusiya münasibətlərindəki pisləşmə ilə bağlı tez-tez danışmağa başlayıblar. Onların iddialarına görə, Kreml Ermənistan hökumətinin və xüsusən də baş nazirin siyasətini son dərəcə şübhəli hesab edir.
Maraqlıdır ki, yazılanların heç bir əsası olmadığını bildirən erməni saytı bütün bunların hansısa mərkəzdən göstəriş verilərək idarə olunduğunu iddia edir. Sayt yazır ki, Ermənistan bu gün də rusiyapərəst blokların üzvü olmaqda davam edir, beynəlxalq təşkilatlarda Rusiyanın lehinə səs verir. Ermənistan hökuməti bütün bunlarla bağlı heç bir açıqlama da vermir. Bəs, bütün bunlar belədirsə, onda sual yarana bilər: problem və ya erməni dövlətinin buraxdığı səhv nədən ibarətdir? Məsələn, rusiyalı tarixçi Modest Kolerova görə, bu gün erməni hökumətinin Rusiya qarşısında buraxdığı əsas səhvlərdən ən önəmlisi Robert Köçəryanın işində Konstitusiya Məhkəməsinin qərarının tanınmaması və qəbul edilməməsi ilə bağlıdır. Sayt Kremlin İrəvanın müdafiə sənayesi yaratmaq arzusunu onun silah bazarına girmək olduğu kimi qələmə verməsini də qəbul etmək istəmir. Sayt yazır: «Doğrudur, Nikol Paşinyan belə bir sənayenin yaradıldığını elan etsə də, unutmaq lazım deyil ki, bu arzunun «həyata keçməsi» ilk olaraq əvvəlki prezident Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü. Amma həmin vaxt Kreml Sarkisyanı naümid qoyaraq, ona ölkədə daha çox meyvə-tərəvəz yetişdirməyi tövsiyə etmişdi. Onların düşüncəsincə belə çıxır ki, Ermənistanda heç bir müdafiə sənayesi olmamalıdır».
Qeyd edilməlidir ki, əslində, burada erməniləri qıcıqlandıran, ölkədə hər hansı bir müdafiə sənayesi zavodunun olması ilə bağlı deyil. Belə ki, bu gün xaricdən ianə gözləyən, gözü onun-bunun əlində olan cılız bir ölkə, nəinki yeni bir müdafiə sənayesi zavodu, hətta Sovetlərdən qalmış hər hansı bir zavod və ya fabriki yenidən istismara qaytarmaq imkanına malik deyil. Burada erməniləri, onların rəhbərlərini qıcıqlandıran Rusiyanın Türkiyə ilə hərbi-sənaye sahəsində etdiyi əməkdaşlıqdır. Erməni saytının təlqin etməyə çalışdığı əsas qayə də budur: «Bizə, Qafqazdakı ən yaxın müttəfiqinə yemiş-qarpız yetişdirib Rusiyaya göndərməyi məsləhət görən Kreml, Türkiyəni, hətta nüvə və kosmik texnologiyalarla da təmin etməyə hazırdır». Budur xain xislətli ermənilərə yer edən…
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Eduard Şarmazanov: ”Azərbaycanla növbəti müharibə bizim Qarabağı itirməyimizlə yekunlaşa bilər”
15.10.2019
Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün əlimizdən gələni edəcəyik“
15.10.2019
Türkiyə Prezidenti: “Milli mübarizələrdə bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info