Balqabaq çiçəyi dolması
Tarix: 21.09.2019 | Saat: 00:13:00 | E-mail | Çapa göndər



Tərəvəzlərin içini dolduraraq, və ya bitkilərin yarpaqlarına bir şeylər bükərək yemək bişirmək dünya üzərində olduqca geniş yayılmış bişirmə üsuludur.

Bəziləri Mərkəzi və Cənubi Amerikadakı kimi qarğıdalı və banan yarpaqlarını, bəziləri də Uzaq Şərqdəki kimi palma, və ya bambuk yarpaqlarından istifadə edirlər. Türkiyədə isə demək olar ki, hər tərəvəzin içi doldurula bilir. Türkiyəlilər badımcandan tutmuş ənginara, kələmdən tutmuş pomidora, bibərdən tutmuş balqabağa qədər hər şeyi dolduraraq yemək bişirirlər. İçi doldurularaq bişirilən ən maraqlı şeylərdən biri də balqabaq çiçəyidir. Aralıq dənizi mətbəxində, İtaliya, və ya Yunanıstanda balqabaq çiçəyi adətən, pendirlə doldurulub, qızardılaraq yeyilir. Türkiyədə isə ədviyyatlarla zənginləşdirilmiş düyüdən istifadə edilir və yemək qazanda bişir. Daha çox Egey dənizi və Aralıq dənizi bölgəsində bişirilən balqabaq çiçəyi dolmasının necə bişirildiyini öyrənmək istəyirsinizsə, resepti verə bilərik.
Balqabaq çiçəyi dolması üçün lazım olan ərzaqlar:

30 ədəd balqabaq çiçəyi;
2 ədəd xırda doğranmış baş soğan;
1 çay stəkanı zeytun yağı;
1 ədəd sürtkəcdən keçirilmiş pomidor;
1,5 su stəkanı düyü;
1/2 su stəkanı qaynar su;
1/4 dəstə incə doğranmış şüyüd;
1 çay qaşığı quru nanə;
1/3 çay qaşığı duz;
1/4 çay qaşığı üyüdülməmiş istiot dənələri.
Əvvəlcə balqabaq çiçəklərinin ucunda olan yaşıl hissələri tək-tək çıxardın. Çiçəklərin içində olan sarı hissələri yarpaqlara zərər vermədən diqqətli bir şəkildə kəsin. Zeytun yağının yarısını geniş bir qazanda isidin. Quru soğanları yumşalana qədər qovurun. Düyüləri yuyub, süzdükdən sonra qazanda şəffaf bir görünüş əldə edənə qədər soğanlarla birlikdə qovurun. Sürtkəcdən keçirilmiş pomidoru da əlavə edib, qarışdırın. Sonra da istiotu, duzu və quru nanəni əlavə edin. Soğanlı düyünü ½ stəkan isti su ilə düyülərin suyu çəkilənədək zəif odda bişirin. Qazın altını keçirdikdən sonra dəm alması və soyuması üçün bir müddət gözləyin. Soyuyan dolma içinə xırda doğranmış şüyüdü da əlavə edərək yaxşıca qarışdırın.
Hazırladığınız dolma içindən az-az alıb, çiçəklərin iç hissələrini doldurun. Çiçəkləri üst hissəsindən içə doğru qatlayıb qatlama yeri altda qalacaq şəkildə qazana yerləşdirin. Qalan zeytun yağını üzərinə töküb, dolmaların yarısına gələcək qədər ilıq su əlavə edin. Dolmaların dağılmadan bişməsi üçün üstlərinə boşqab qoyun. Qazanının qapağını örtün və 10-15 dəqiqə zəif odda bişirin. İstəyə görə limon dilimləri ilə birlikdə ilıq, və ya soyuq şəkildə süfrəyə verin.
Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
İris konfetinin hazırlanması
15.10.2019
“Mercimekli köfte” – mərci kotleti necə hazırlanır?
11.10.2019
“Zeytinyağlı yaprak sarma” necə hazırlanır?
05.10.2019
“Çərkəz toyuğu“
30.09.2019
Toy şorbası (düğün çorbası) necə hazırlanır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info