Hacıqabulda pambıq yığımına başlanılıb
Tarix: 21.09.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər



Hacıqabulda pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri yetişdirdikləri pambığı qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi dəstək, verdiyi əlavə subsidiyalar rayonda pambıq əkini ilə məşğul olan fermerlərin təsərrüfatın bu sahəsinə marağını xeyli artırıb. Bu səbəbdən də rayonda məhsul istehsalı ilbəil artır. Ötən il pambıq plantasiyalarında 1000 tondan çox məhsul toplayan pambıq ustaları cari ildə də bol məhsul yetişdiriblər. Artıq pambıqçılar məhsul yığımına başlayıblar. Qısa müddətdə sahələrdən 53 tondan çox məhsul toplanılaraq qəbul məntəqələrinə göndərilib. Hər gün plantasiyalardan 5-6 ton məhsul yığılır. Kollarda qozalar tam açılmadığından hələlik yığım əl ilə aparılır.
Rayonda məhsul yığımına ilk başlayanlardan biri Qarasu kənd sakini, fermer Murad Abdullayevdir. Məhsul istehsalçısı ötən il hər hektar pambıq sahəsindən 25 sentner məhsul toplayıb.
“Bu mövsüm 20 hektar sahədə pambıq əkmişəm. Becərmə işlərində mütərəqqi üsullardan istifadə etdiyim üçün məhsul boldur. Bir neçə gündür ki, pambıq toplanışına başlamışam. Məhsulu hələlik əl ilə yığırıq. Hər gün sahədən 150-200 kiloqram məhsul toplayırıq. Yaxın günlərdə sahəyə pambıqyığan maşın da çıxacaq. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı və ötən il onun alış qiymətinin 50 manat artırılması mənim də işə olan marağımı artırıb. Digər fermerlər kimi mən də daha çox məhsul istehsal etmək üçün var gücümlə çalışıram. Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirəcək, məhsul istehsalını artıracağam. Sözsüz ki, istehsal artdıqca qazanc da çoxalacaq”, - deyə fermer bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: Ölkəmiz müharibədədir
21.10.2019
Silahlı ermənilər atəşkəsi 22 dəfə pozub
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info