“Google” şirkəti dünyada ən güclü kvant kompüteri hazırlayıb
Tarix: 21.09.2019 | Saat: 16:27:00 | E-mail | Çapa göndər



“Google” şirkəti dünyada ən güclü kvant kompüteri hazırlayıb. AZƏRTAC “Financial Times” qəzetinin saytına istinadla xəbər verir ki, şirkətin mütəxəssisləri digər sürətli kompüterlərin 10 min ilə aparacaqları hesablamaları cəmi 3 dəqiqə 20 saniyəyə ərzində başa çatdıracaq prosessor hazırlaya biliblər. İnformasiya texnologiyası üzrə ekspertlər bunu fantastik göstərici hesab edirlər.

Şirkətin elmi hesabatı çox qısa bir müddətdən sonra ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytında da yerləşdirilib, lakin sonradan oradan götürülüb. “Financial Times” qəzetinin əməkdaşları sənədi əldə edə biliblər və məlum olub ki, hazırda Amerikanın IBM şirkətinin ən müasir “Sammit” kompüterinin 10 ilə hesablayacağı məlumatlar yeni kvant kompüterinin prosessoru sayəsində cəmi 3 dəqiqə 20 saniyəyə başa çatdırılacaq. Ekspertlər bildiriblər ki, klassik alqoritmlərlə müqayisədə bu fantastik sürət hesablama tapşırıqlarında kvant texnologiyasının üstünlüyünü göstərir. Bu, bütövlükdə kvant prosessoru tərəfindən həyata keçirilən ilk hesablamadır.
Qəzetin məqaləsində qeyd olunur ki, hələlik bu sistemi eyni zamanda təkcə bir texniki hesablamaya tətbiq etmək olar, kvant kompüterlərinin praktiki məsələləri həll etməsi üçün isə illər lazımdır. Lakin “Google” mütəxəssisləri hesab edirlər ki, onların ixtirası “tammiqyaslı kvant hesablama prosesində mühüm bir addımdır”. Onlar əlavə ediblər ki. Kvant kompüterlərinin gücünün artırılması Qordon Murun qanunda göstərilmiş tərəqqi göstəricilərini də üstələyəcək. Bu qanuna görə, çipdə olan tranzistorların sayı, eni zamanda hesablamaların həcmi hər iki ildən bir artmalıdır.
“Financial Times” qeyd edir ki, kvant kompüterlərinin prototipləri hazırda yalnız mövcud olan digər ənənəvi kompüterlərin sxemi üzrə, lakin onlardan daha tez hesablama apara bilirlər. Əsl sensasiya isə onların klassik fizikanın hüdudlarından kənara çıxması ilə baş verəcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Müdirlərə qadın katibə rəsmən qadağan olundu
22.10.2019
500 tələbədən möhtəşəm fləşmob: VİDEO
22.10.2019
Antalya tarixində ilk dəfə turizm rekorduna imza atdı
22.10.2019
Çin varlıların sayına görə ilk dəfə ABŞ-ı keçdi
22.10.2019
Şərabın inanılmaz faydası - ayda 6 kq arıqladır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info