Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
Tarix: 22.09.2019 | Saat: 09:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası Tunc-İlk Dəmir dövrü abidələrində arxeoloji qazıntılar aparıblar.
AMEA-dan Trend-ə bildirilib ki, qazıntı işləri Yardımlı rayonunun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılan arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb. Komanı kurqanlarından birində aparılmış arxeoloji qazıntılar zamanı insan skeleti və ipəyirmə sənətində istifadə olunan əmək aləti tapılıb. Bundan əlavə, əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılıb.
Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılan arxeoloji qazıntılar zamanı isə Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir.
Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə kurqanın qazıntısı zamanı qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Belə ki, diametri 5 m olan, ətrafı kromlexşəkilli düzümlü kurqanın qəbir kamerasında insan skeletinə, saxsı qablara, tuncdan silah nümunələrinə və bəzək əşyalarına rast gəlinib. Maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən bu kurqanda həm Xocalı-Gədəbəy, həm də Talış-Muğan arxeoloji mədəniyyətlərinin qarşılıqlı təsirləri üzə çıxıb. Hazırda kurqandan aşkar edilən insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın İlk Dəmir dövrünə - e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.
Həmçinin, ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakerli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə alıb.
Gələcəkdə sistemli olaraq, Azərbaycanın cənub-şərq bölgəsində aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin yüksək dağlıq və dağətəyi hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə, eyni zamanda ilkin sinifli cəmiyyətlərin formalaşması proseslərinə aydınlıq gətiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info