“Türk ocağı” Azərbaycanda bərpa olundu
Tarix: 22.09.2019 | Saat: 10:31:00 | E-mail | Çapa göndər



Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan “Türk ocağı”nın bərpası konfransı keçirilib.


Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən gəlmiş 10-ya yaxın elm adamı, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları – millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Beynәlxalq әlaqәlәr və siyasi elmlər doktoru İrfan Çiftçi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktorunun birinci müavini Yusif Nəzərlidir.
Tәdbirdә çıxış edәn Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türk ocağı"nın bərpasını həyata keçirənlərə təşəkkür edib.
"Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın gücüdür. Artıq arxamızı söykəyə biləcəyimiz güclü bir Azərbaycan var. "Türk ocağı"nı bərpa edən hər kəsə minnətdaram. Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü çox rahat hiss edirik. Çünki könül rahatlığı arxamızı yaslaya biləcəyimiz güclü Azərbaycan var. Bilirik ki, qardaşımız yanımızdadır, bizimlədir’’,-deyә Türkiyәnin Azәrbaycandakı sәfiri qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral hәmçinin bildirib ki, sәfirlik olaraq "Türk ocağı"nın fəaliyyətinə hər zaman dəstək verməyə hazırıq.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Vilayət Eyvazovdan gənc zabitlərə tapşırıq: vətəndaşların müraciətlərinə həssas və operativ yanaşın
22.10.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib
22.10.2019
Bakıda 380 binanın dam örtüyünün təmirinə başlanılıb
22.10.2019
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22.10.2019
“Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info