Özbəkistanda inanılmaz toy və yas qadağaları
Tarix: 22.09.2019 | Saat: 10:52:00 | E-mail | Çapa göndər


Yeni qaydalar təsdiqləndi

Özbəkistan parlamentinin iki palatası toy, yas və yubileylərin qeyd olunması ilə bağlı qaydaları təsdiqləyib. 2020-ci ilin yanvarından tətbiq olunacaq qaydalara görə, yas mərasimləri istisna olmaqla bütün ailə tədbirləri bir gün ərzində saat 6:00 – 23:00 arasında keçirilməlidir. Axşam saat 11-dən sonra tərbirlərin keçirilməsinə icazə verilmir. Yalnız yerli şərtlərdən asılı olaraq şəhər və kənd sovetləri bəzi istisnalarla bağlı qərar qəbul edə bilərlər.
Qaydalara görə, toya və yubileylərə dəvət edilən qonaqların sayı da 200 nəfəri keçməməlidir.
Birgə keçirilən oğlan və qız toylarında dəvətli sayı 250-dən 300 nəfərə qədər ola bilər.
50 nəfərdən çox adamın iştirak edəcəyi tədbirlərə gəldikdə yeni qaydalar tələb edir ki, tədbiri keçirən şəxs əvvəlcədən kafe və restoranlarla müqavilə bağlamalıdır. Həmçinin 2 gündən gec olmayaraq planlaşdırılan tədbir barəsində daxili işlər orqanlarına yazılı şəkildə məlumat verməlidir.
Yeni qaydalarda toy şənlikləri zamanı dövlət qeydiyyatından tutmuş, gəlini evdən şadlıq sarayına gətirməyə qədər bütün proseslərdə 3-dən artıq avtomobildən istifadəyə icazə verilmir.
Toylara çağırılan musiqiçilərlə bağlı da məhdudiyyət var. Ailə tədbirlərinə İki müğənni və ya musiqi qrupunun dəvətinə edilməsinə icazə verilir. Bu zaman müsaiqiçilərlə toy sahibləri arasında müqavilə imzalanmalıdır.
Bundan başqa ailə tədbirlərində nəqliyyat xidmətləri (cənazələr istisna olmaqla) yalnız lisenziyalı daşıyıcılar tərəfindən təmin edilməlidir.
Yeni qaydalarda yas mərasimlərinə qatılan insan sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.
Sənəddə açıq şəkildə bildirilir ki, həddən artıq və israfçılığın təzahürü “qadağandır” və anım tədbirlərinə “lazımsız” mərasimlər daxil edilməməlidir.
Bu qaydaya əməl etməyənləri 3 min dollara qədər cərimə gözləyir. Toy və yas mərasimləri ilə bağlı oxşar qadağalar qonşu Tacikstan və Qırğızıstanın bəzi bölgələrində də tətbiq edilir.
Toy və yas mərasimlərindəki israfçılığa qarşı Azərbaycanda da bəzi qadağalar mövcuddur. Yas mərasimlərində bu qadağalara qismən əməl olunsa da toy və yubiley şənlikləri ilə bağlı vəziyyət fərqlidir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Müdirlərə qadın katibə rəsmən qadağan olundu
22.10.2019
500 tələbədən möhtəşəm fləşmob: VİDEO
22.10.2019
Antalya tarixində ilk dəfə turizm rekorduna imza atdı
22.10.2019
Çin varlıların sayına görə ilk dəfə ABŞ-ı keçdi
22.10.2019
Şərabın inanılmaz faydası - ayda 6 kq arıqladır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info