Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu
Tarix: 22.09.2019 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Almaniyada yaşayan "Milli" ləqəbli Emin Abdullayev də Fuad Qəhrəmanlını və onu himayə etməyə cəhd edən AXCP sədri Əli Kərimlini sərt tənqid edib.
Trend-in məlumatına görə, o, sosial şəbəkədə "Barmaqlarımızı sındıranlar" başlıqlı statusunda yazıb: "Selcan xanımın cəsarəti mənə iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Selcanı müdafiə etməlidir, anasına dəstək olmalıdır. Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayətkar (Fuad Qəhrəmanlı) mütləq həbs edilməlidir və cəzasını almalıdır. Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu, cinayətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızının hansı gələcəyi ola bilər? Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlı ilə bərabər, Əli Kərimlinin istefasını tələb etməli idilər".
E.Abdullayev vurğulayıb ki, AXCP-nin liderlərinin azadlıq, insan haqları, eləcə də demokratiya haqqında danışmağa heç bir mənəvi haqları yoxdur: "Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Biz azadlığı ilk növbədə gərək ailəmizdə qurmağı öyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək, bunlar bizi meydanlarda öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar".
Xatırladaq ki, bu günlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı ailəsinə zorakı və qəddar münasibət göstərən atasını ifşa edib. İctimaiyyətin sərt tənqidlərinə tab gətirməyən Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident: Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır
22.10.2019
Prezident Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22.10.2019
Şahin Mustafayev nazir vəzifəsindən azad edilib
22.10.2019
Azərbaycanda yeni medal təsis edilib
22.10.2019
ƏƏSMN-nin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info