NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir?
Tarix: 22.09.2019 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın olaraq tarixə düşən Ləman Bozqurdun əzmi və mübarizəsi bir çox insanlara da örnəkdir.
Milli.Az bildirir ki, Ləman Bozqurd 1932-ci ildə Qarsın Sarıqamış rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından pilot olmağa həvəsli olan bu qız xəyalına qovuşmaq üçün böyük addımlar atıb. O, "Türkkuşu İnönü Təsisləri"ndə təlimlərdən keçib. Leman Bozkurt bu təlimlərlə yetinməyib daha da irəli getməyə qərar vermişdi.
Ləman Bozqurd 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinə qadınların da qəbul edilməsi qərarından faydalandı. O, 1955-ci ildə İzmir Hava Qüvvələri Akademiyasına müraciət etdi. 1957-ci ilin avqust ayında akademiyadan məzun oldu. Ləman Bozqurd məzun olmasını dostları ilə əylənərək qeyd edəndə NATO hələ 5 yaşında idi.
Ləman Bozqurd daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv uçaq pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılıb və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlayıb. 1958-ci ilin noyabr ayından etibarən reaktiv uçaq pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçuşlar həyata keçirib.
Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışıb. Personal-plan şöbə müdiri və Mərkəzi şöbə müdiri olaraq müxtəlif vəzifələr yerinə yetirən Ləman Bozqurd polkovnik rütbəsində təqaüdə çıxıb. Ay-ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv uçaq pilotu Ləman Bozqurd eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca tək qadın reaktiv uçaq pilotu olub.
Onun həyatında verdiyi qərarlar arasında ən maraqlı məqamlardan biri də təyin edildiyi vəzifədən imtina etməsidir. Ləman Bozqurd "Jet Təhsil Heyəti"nə müəllim olaraq təyin olunsa da, o, buna etiraz edərək göylərdə uçmaq istədiyini bildirib.
O, bunun səbəbini bu cür izah edib: "Ömrümün sonuna qədər uçaraq vəzifədə olmaq istəyirəm. Yerdə oturmaq mənlik deyil. Bu imkanlardan məni məhrum etməməsi üçün hər zaman Tanrıya dua edirəm".
Ləman Bozqurd 4 may 2001-ci ildə Türkiyənin İzmir şəhərində vəfat edib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Müdirlərə qadın katibə rəsmən qadağan olundu
22.10.2019
500 tələbədən möhtəşəm fləşmob: VİDEO
22.10.2019
Antalya tarixində ilk dəfə turizm rekorduna imza atdı
22.10.2019
Çin varlıların sayına görə ilk dəfə ABŞ-ı keçdi
22.10.2019
Şərabın inanılmaz faydası - ayda 6 kq arıqladır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info