İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub
Tarix: 23.09.2019 | Saat: 01:31:00 | E-mail | Çapa göndər



Sentyabrın 22-də futbol üzrə İspaniya La Liqasının beşinci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, İspaniyanın “Sevilya” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Bu dəfə rəqib çempionluğa iddialı “Real Madrid” klubu olub.
Təhlükəli hücumlarla bol olan görüşün ilk hissəsində hesab açılmayıb.
Fasilədən sonra Madrid təmsilçisi hesabı açmağa nail olub. Dani Karvaxalin cinah ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb. Bu görüşdə yeganə qol olub. Bu qələbədən sonra “Real Madrid” xalların sayını 11-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Sevilya” isə 10 xalla beşinci pilləyə enib.
“Real Madrid”in əzəli rəqibi son çempion - “Barselona” səfərdə “Qranada” komandası ilə üz-üzə gəlib.
Görüş “Qranada”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu Kataloniya təmsilçisinin cari mövsüm ərizndə ikinci məğlubiyyətidir.
Qolları ikinci dəqiqədə Ramon Aziz və 65-ci dəqiqədə Vadilyo vurublar. Beş turdan sonra 10 xal qazanan “Qranada” turnir cədvəlində birinci yerə yüksəlib. “Barselona” isə yeddi xalla yeddinci yerdə qərarlaşıb.
La Liqanın digər favoriti “Atletiko Madrid” isə öz meydanında “Selta Viqo” ilə heç-heçə edib - 0:0.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Osasuna” - “Betis” - 0:0,

“Villareal” - “Valladolid” - 2:0,

“Levante” - “Eybar” - 0:0,

“Xetafe” - “Malyorka” - 4:2,

“Espanyol” - “Real Sosyedad” - 1:3,

“Valensiya” - “Leqanea” - 1:1,

“Atletik Bilbao” - “Deportivo Alaves” - 2:0.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22.10.2019
“Qalatasaray“ “Real“a, “Yuventus“ “Lokomotiv“ qarşı
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info