“Qala Sığorta”nın satış coğrafiyası genişlənir
Tarix: 23.09.2019 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan “Qala Sığorta” şirkəti müştərilərin rahatlığını düşünərək onlara göstərilən xidmətin keyfiyyətini daha da artırılması istiqamətində həyata keçirdiyi işləri uğurla davam etdirir.
Şirkət özünün satış strategiyasının tələblərinə uyğun olaraq, Bərdə nümayəndəliyinin tərkibində fəaliyyət göstərəcək, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 11 ünvanında yerləşən ofisinin rəsmi açılışını qeyd edib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ofisin açılmasında məqsəd Beyləqan və digər ətraf rayonun sakinlərinə “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.
“Qala Sığorta” şirkətinin rəsmiləri açılışda çıxış edərək bildiriblər ki, şirkət nümayəndəlik və filial şəbəkələri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Beyləqan və ona qonşu rayonların əhalisi yeni ofisə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.
Bildirilib ki, məqsəd ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir. Qeyd edək ki, ötən ilin əvvəlindən başlayaraq “Qala Sığota” şirkəti indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz, Bərdə nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışlarını edib. Şirkətin daxili strategiyasına uyğun olaraq, ilin sonunadək müxtəlif regionlarda daha bir neçə nümayəndəlik və ya ofisin açılması planlaşdırılır. Qeyd edək ki, açılış mərasimində şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı digər qonaqlar da iştirak edib. Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti
müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21.10.2019
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21.10.2019
Səkkiz ayda Azərbaycanla İsveçrənin ticarət dövriyyəsi 5 dəfə artıb
21.10.2019
9 ayda 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info