Bakı Ali Neft Məktəbinin startapı ABŞ-ın məşhur biznes inkubasiya proqramına qəbul olunub
Tarix: 23.09.2019 | Saat: 12:08:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) dosenti və tələbələrinin yaratdığı «ThermoNorth» startapı ABŞ-ın “GIST” (“Global Innovation through Science and Technology”) biznes inkubasiya proqramına qəbul olunub. İnkubasiya proqramının əsəs məqsədi dünya üzrə ən güclü elm və texnologiya startaplarını Amerikaya cəlb etmək və biznes tərəfini inkişaf etdirmək üçün onlara kömək etməkdir. «ThermoNorth» layihəsi Hyustonda yerləşən “The Station Houston” və Vaşinqtondakı “WeWork” dünyaca məhşur startap mərkəzlərində inkişaf etdiriləcək.
«ThermoNorth» startap ideyası əsasən BANM-in dosenti Əmir Reza Vaxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. Startap layihəsinin formalaşması və inkişafında BANM-in Kimya mühəndisliyi ixtisasının məzunları Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovskiy və Yadigar Nəzərov iştirak edir. Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji depolayıcı maddənin köməyilə maşın mühərrikini uzun müddət optimal temperaturda saxlamaqdan ibarətdir. Hər bir maddə mikro ölçüdədir və bu enerji depolayıcı maddələr mikro ölçüdə kapsullaşdırılıb. Bu hissəciklər kiçik “enerji akkumulyatoru” rolunu oynayır. Mühərriki optimal temperaturda saxlamaq isə hazırda soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir-sıra problemləri həll edir: məsələn, artıq yanacaq sərfiyatı, mühərrik detallarının sıradan çıxması və enerji batareyasının ömrünün azalması və s.





 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
21.10.2019
“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info