Milli maraqlara əsaslanan siyasətin nəticələri
Tarix: 23.09.2019 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Son illər Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənib, sosial-iqtisadi inkişafa nail olunub, dünya iqtisadiyyatına inteqrasiya güclənib. Dövlət tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizi regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilib. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlət olub. “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev deyib ki, 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır: “Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib. Mən fürsətdən istifadə edərək, bizim strateji tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istərdim. Bizim əsas strateji layihələrimizdə BP əsas tərəfdaşımızdır. Həm “Azəri-Çıraq-Günəşli” yatağının, həm “Şahdəniz” yatağının işlənilməsində, TANAP-da və yeni imzalanmış digər kontraktlar əsasında bizim əməkdaşlığımız uzunmüddətlidir, artıq 25 il tarixi var. Bu əməkdaşlıq bundan sonra ən azı 25-30 il davam edəcəkdir”.
Energetika sahəsində əldə edilən nailiyyətlər, heç şübhəsiz ki, dövlətin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol alıb. Ölkəmiz qaz ixracatçısı kimi dünyada öz sözünü deməyi bacarıb. Dövrümüzün ən böyük enerji layihələrindən biri kimi bütün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” uğurla irəliləməkdədir. Layihənin 4 seqmentindən 3-ü artıq istifadəyə verilmişdir. Azərbaycan bu nəhəng layihənin ideya müəllifi və təşəbbüskarıdır, eyni zamanda SOCAR onun tikintisində yaxından iştirak edir. 2014-cü ildə təməli qoyulmuş “Cənub Qaz Dəhlizi” “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazasından, habelə bir-birinə bağlanan 3 boru kəmərindən (genişləndirilmiş Cənubi Qafqaz qaz boru kəməri, TANAP və TAP kəmərləri) ibarət böyük bir tranzit zənciridir. Zəncirlərdən sadəcə TAP kəmərində işlər yekunlaşmaq üzrədir. Digər seqmentlər isə artıq işləkdir. Dəhliz vasitəsi ilə ilkin dövrdə “Şahdəniz-2” çərçivəsində hasil olunacaq illik 16 milyard kubmetr həcmində əlavə təbii qaz 3 min 500 kilometrlik məsafədə Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına nəql ediləcəkdir. TANAP-la ümumilikdə bu ilin 6 ayında 953 milyon 284 min kubmetr, indyədək isə (istismara veriləndən iyul ayının 1-ə kimi) 2 milyard 257 milyon 331 min kubmetr qaz nəql olunub. Dəhlizin gələcək perspektivləri beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Xəzərin qaz-kondensat ehtiyatları ilə zəngin Azərbaycan sektorunda hasilat həcmlərinin artırılması istiqamətində fəaliyyət durmadan genişləndirilir. Azərbaycan neftçiləri tərəfindən “Abşeron” və “Ümid” qaz-kondensat yataqları kəşf edilmiş, “Bulla-dəniz” yatağının dərin horizontlarından hasilata başlanılmışdır.
Beləliklə, milli neft strategiyasının uğurlarının nəticəsi olaraq, Azərbaycanın regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcını məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə məhz "Əsrin müqaviləsi" təşkil edir. Bununla əlaqədar əminliklə demək olar ki, olduqca güclü olan bu təməl əsasında Azərbaycan iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək və xalqımızın maddi-rifah halı ildən ilə daha da yaxşılaşacaq.




 
Müəllifin son yazıları

11.04.2019 Ermənistanda “media soyqırımı”
12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
24.01.2018 Virtual həmrəylik strategiyası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info