Nur-Sultanda “Naxçıvan Müqaviləsi”nin 10 illiyi qeyd olunub
Tarix: 24.09.2019 | Saat: 00:18:00 | E-mail | Çapa göndər

Nur-Sultanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan “Naxçıvan Müqaviləsi”nin 10 illiyi qeyd olunub
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun və Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntopun rəhbərliyi altında Azərbaycan və Türkiyənin geniş tərkibli nümayəndə heyəti Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Beynəlxalq Türk Akademiyasını ziyarət edib. Spikerlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan “Naxçıvan müqaviləsinin” 10 illiyi münasibəti ilə təşkil olunan dəyirmi masaya qatılıblar.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib, 2009-cu ildə Türk Şurası Dövlət başçılarının ortaq qərarı əsasında Azərbaycanın Naxçıvan şəhərində qurulan Akademiyanın əsas məqsədi Türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə, Türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiqi etmək, Türk dünyasında akademik fəaliyyəti koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya Türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, Türkdilli ölkələr və xalqların ziyalıların təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir. Akademiya rəhbəri Azərbaycan və Türkiyə parlament rəhbərlərinə türkdilli dövlətlər arasında inteqrasiyaya verdikləri dəstəyə görə təşəkkür edib və onların Akademiyanı ziyarət etməsini yüksək qiymətləndirdiyini bildirib.
Akademiya rəhbəri Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini nəzərə alaraq, ötən il UNESCO-nun Baş qərargahında təşkil olunan beynəlxalq forum çərçivəsində AXC-nin 100 illik yubileyinin qeyd olunduğunu, bu il isə “Nəsimi İli” çərçivəsində yenə də UNESCO-nun Parisdəki mənzil qərargahında təşkilatın himayədarlığı altında keçirilən forumda böyük şairin 650 illik yubileyinin və “Naxçıvan müqaviləsi”nin 10 illiyinin qeyd olunduğunu bildirib.
Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov “Naxçıvan müqaviləsi”ni böyük tarixi hadisə kimi xarakterizə edib və onun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirib. Azərbaycanın hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən TürkPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi iki önəmli təşkilata ev sahibliyi etdiyini vurğulayıb. O, son illər Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin xüsusilə nəzərə çarpdığını, yaradıldığı qısa müddət ərzində onun türkdilli xalqların tarixi, mədəni və mənəvi irsinin araşdırılması və təbliği sahəsində bir sıra uğurlara imza atdığını qeyd edib. Spiker öz fəaliyyəti ilə Akademiyanın ümumi dəyərlərimizin qorunmasına və inkişafına hələ çox töhfələr verəcəyinə inandığını bildirib.

Bölməyə aid digər xəbərlər
24.10.2020
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı
24.10.2020
Gürcüstan pandemiya səbəbindən “qırmızı” zonaya keçdi
24.10.2020
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
23.10.2020
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
23.10.2020
Ermənistan şokda: inanılmaz rekord qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info