Krivoy Roqda keçirilən festivalda soydaşlarımız aktivlik göstəriblər
Tarix: 24.09.2019 | Saat: 11:47:00 | E-mail | Çapa göndər


Sentyabrın 23-də Ukraynanın Krivoy Roq şəhərində milli azlıqlar arasında ənənəvi "Tək vətən-mənim Ukraynam" festivalı keçirilib. Bu haqda qəzetimizə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının sədr mavini Kəmaləddin Ağayev məlumat verib. Müxtəlif ölkələrin diaspor nümayəndələrinin iştirak etdiyi tədbirdə Ukrayna müsəlmanları adından UMDİ-nin Dnipropetrovsk vilayəti üzrə imamı Şeyx Nizami çıxış edib
Festivalda Azərbaycan güşəsi milli ornamentlərlə bəzədilib. Həmçinin Azərbaycan güşəsinin önündə plakatlar və bayraqlar asılıb. Eyni zamanda festivalda Azərbaycanla bağlı broşürlər paylanılıb. Mərasımdə milli mətbəximizə aid yeməklər nümayiş olunub. O cümlədən Ukraynadakı gənc rəqqas Nicat Mirzəyevin rəhbərliyi ilə “Qafqaz” xalq ansamblının üzvləri milli geyimlərdə rəqslər ifa ediblər.
Azərbaycan guşəsi festivalda iştirak edən Krivoy Roq şəhərinin merinin müavini Sergey Malyarenkonun da marağına səbəb olub. Sergey Malyarenko Azərbaycan güşəsində olub və soydaşlarımıza xoş sözlərini bildirib.
Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatı və “Qafqaz” xalq ansamblı mer Yuri Qriqoriviç Vilkulun tərəfindən diplomla təltif olunublar.
Xatırladaq ki, "Tək vətən-mənim Ukraynam" festivalı Krivoy Roq şəhərinin meri Yuri Qriqoriviç Vilkulun təşəbbüsü ilə 9-cu ildir keçirilir. Festivalın keçirilməsində məqsəd Krivoy Roq şəhərindəki milli azlıqlar arasında dostluq yaratmaqdır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Eduard Şarmazanov: ”Azərbaycanla növbəti müharibə bizim Qarabağı itirməyimizlə yekunlaşa bilər”
15.10.2019
Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün əlimizdən gələni edəcəyik“
15.10.2019
Türkiyə Prezidenti: “Milli mübarizələrdə bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info