ADPU tələbələri üzüm yığımında
Tarix: 24.09.2019 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Sentyabrın 21-22-də ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun təşəbbüsü və ölkəmizdə yeganə kollektiv təsərrüfatı yadigarı olan İsmayıllı rayonu İvanovka kənd N. Nikitin adına kolxozunun dəstəyi ilə ADPU-nun ictimai təşkilatlarının fəalları olan bir qrup tələbəsi universitetin əməkdaşları Turan Kərimli və Cavid Hüseynovun müşayəti ilə növbəti məhsul mövsümdə kolxozçuların qonağı olub, sahələrdə işləyən kolxozçularla birgə üzüm yığımında iştirak ediblər.
Tələbələr İvanovka kolxozunun qonaqpərvər kollektivi tərəfindən kənddə bir gün qonaq edilib, gəzməli-görməli yerlərdə olub, əsrarəngiz təbiət mənzərələrini seyr ediblər. Eyni zamanda onlar Azərbaycan multikulturalizminin unikal nümunələrindən biri, Çar Rusiyası dönəmindən buralarda məskunlaşan və özünəməxsus mədəniyyətlərini yaratmış yerli malokanların həyat tərzi və mədəni həyatı ilə də yaxından tanış olublar.
Qeyd edək ki, bu təşəbbüs gələcəyin qurucuları olan müəllim ixtisasına yiyələnən gənclərin dünyagörüşü və təcrübələrinin artırılması, mədəni müxtəlifliklərlə tanışlığı istiqamətində universitetin və onun ictimai təşkilatlarının həyata keçirdiyi çeşidli layihələrdən biridir.

Taleh MİRZƏYEV




 
Bölməyə aid digər xəbərlər
24.10.2020
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib
24.10.2020
Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev
23.10.2020
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi – VİDEO
23.10.2020
XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb
23.10.2020
Prezident İlham Əliyev: Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info