“Müasir travmtotologiya-ortopediyada artroskopiya həm diaqnostik, həm də müalicə məqsədilə geniş tətbiq olunur”
Tarix: 24.09.2019 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında artroskopiyaya aid sualları cavablandırıb.

Travmatologiya və ortopediya təbabətin ən aktual sahələrindən biri olub, sümük-əzələ sistemi, vətər, bağ, oynaq onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə ilk növbədə, yuxarı və aşağı ətraf artrozları, dayaq-hərəkət aparatının travmaları, əzələ-vətər kəsilmələri, anadangəlmə qalça çıxıqları, skoliozlar, kifozlar, periferik sinir sisteminin travmatik zədələnmələri, idmançılarda və eləcə də aktiv həyat tərzi yaşayan insanlarda bağ qopmaları aiddir. Müxtəlif Travmatoloji və ortopediya əməliyyatların diaqnostikasında Rentgenoqrafiya, Kompüter Tomoqrafiya (KT), Maqnit-Rezonans Tomoqrafiya (MRT), Artroskopiya kimi müasir və informativ üsullardan istifadə olunur.

- Ramin həkim, artroksopiya nədir və hansı xəstəliklərin müalicəsində aparılır?

- Hazırda Mərkəzi Gömrük Hospitalında müxtəlif travmatoloji və ortopediya əməliyyatların diaqnostikasında artroskopiya kimi müasir və informativ üsuldan istifadə olunur. Kiçik dəri kəsiklərindən oynağa artroskopik optik cihazla daxil olub oynağın qapalı müayinəsi, müxtəlif kəsici-dişləyici ucluqlu alətlərlə oynaqdaxili müayinənin və cərrahi işin aparılması artroskopik cərrahiyyədir. Travmatologiya-ortopediyada artroskopik cərrahiyyə oynaqların müxtəlif xəstəlikləri və zədələnmələrinin bir qayda olaraq müasir müalicə üsuludur.
Atroskopiya ön və arxa çarpaz bağlarının zədələnmələrinin plastik əməliyyatlarında, menisk zədələnmələrində, erkən dövrlərdə oynaqdaxili oynaq qığırdağının zədələnmiş nahiyələrinin təmizlənməsində, oynaqdaxili sərbəst sümük və qığırdaq parçalarının çıxarılmasında, diz oynağının sinovial qişasının infeksiyalaşması və digər zədələnmələrində diz qapağının qığırdaq və qığırdaqaltı sümük patologiyalarının müalicəsində, diz oynaqdaxili sınıqların müalicəsində, bazu oynağının vərdişli çıxıqlarında, bazu oynaqdaxili rotator əzələ vətərlərinin zədələnmələrində, bazu oynaqdaxili akromioplastikasında, bud-çanaq oynaqlarının bir çox zədələnmələrində aparılır.

- Bəs artoroskopiyanın üstünlükləri nədən ibarətdir?

- Tibdə artroskopiyanın tətbiqinə qədər bir çox oynaq əməliyyatlarının açıq üsulla aparılması müxtəlif fəsadlarla nəticələnirdi, bu da daha dərin ağırlaşmalara – hətta xəstənin iş qabiliyyətinin itirilməsinə, əlilliyə gətirib çıxara bilirdi. Hal-hazırda müasir travmtotologiya-ortopediyada artroskopiya həm diaqnostik, həm də müalicə məqsədilə geniş tətbiq olunur.
Üstünlükləri ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin xəstəxanada yatma müddəti qısadır. Bu, daha çox idmançılar üçün önəmlidir, çünki reabilitasiya dövrü azalır. Eyni zamanda, böyük dəri kəsikləri olmadığı üçün estetikdir. Minimal qanitirmə ilə və adətən qansız aparılır. Bundan başqa, əməliyyat kiçik kəsiklərdən aparıldığı üçün infeksiya yaranma ehtimalı çox azdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2020
Azərbaycan və Türkiyə qanunları: fərqlər və bənzərliklər
14.02.2020
Sahibkarlara xidmət sahəsində unikal model
11.02.2020
Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
10.02.2020
“İspaniya mediasında tez-tez Azərbaycan haqqında məlumat verilməsi bizə qürur verir”
10.02.2020
“Dövlət dəstəyi sahibkarlığın inkişafında önəmli rol oynayır”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 “Dövlət dəstəyi sahibkarlığın inkişafında önəmli rol oynayır”
2 “İspaniya mediasında tez-tez Azərbaycan haqqında məlumat verilməsi bizə qürur verir”
3 “Paşinyan dövləti idarə etmək iqtidarında deyil”
4 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
5 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info