Baş katib: “İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünü hər zaman pisləyib”
Tarix: 24.09.2019 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Pakistan xarici işlər nazirindən BMT-də cağırış: “Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmalı və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməlidir”

“İƏT Ermənistanın təmas xəttində mütəmadi olaraq atəşkəsi pozması hallarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycanın bütün səylərini, həmçinin Azərbaycan tərəfindən vaxtaşırı olaraq bu pozuntular ilə bağlı ətraflı hesabatların dərc edilməsini dəstəkləyir”

“İlk olaraq, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT-in bu görüşündə iştirak etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Bu İƏT üçün Azərbaycan Respublikası ilə öz həmrəyliyini və ona davamlı dəstəyini bir daha nümayiş etdirmək, eləcə də bu böhranın sülh yolu ilə nizamlanmasına töhfə vermək üçün bir imkandır”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Kontakt Qrupunun görüşündəki çıxışında deyib. O qeyd edib ki, İƏT bu böhranı 1992-ci ildən etibarən izləyir. İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Ermənistanın Azərbaycan ərazilərinin böyük hissəsinin işğalını qeyri-qanuni hesab edib və öz etirazını bir çox platformalarda bildirib. İƏT-ə üzv dövlətlər bir daha bu məsələdə öz maraqlarını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə, Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağırış etmişlər.
Baş katib deyib: “İƏT Ermənistanın təmas xəttində mütəmadi olaraq atəşkəsi pozması hallarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycanın bütün səylərini, həmçinin Azərbaycan tərəfindən vaxtaşırı olaraq bu pozuntular ilə bağlı ətraflı hesabatların dərc edilməsini dəstəkləyir. İƏT-in Ümumi Katibliyi Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərin əziyyətlərini dərin narahatlıqla izləyir. İƏT Katibliyi, üzv dövlətlərinə və onların müvafiq orqanlarına Azərbaycanda zərər çəkənlərə lazımi maddi və humanitar yardımın göstərilməsinə dair çağırış edib.
Dağlıq-Qarabağ münaqişəsinin hər zaman ədalətli və sülh yolu ilə həll edilməsinə çağıran İƏT bu xüsusda bütün səyləri və təşəbbüsləri təşviq edir. İƏT Kontakt Qrupunun bu məsələyə lazımi əhəmiyyətin verilməsi üçün israrlı təkidi ilə, sonuncu görüşlərdən keçən müddət ərzində bizim Azərbaycana dəstək və həmrəyliyimiz, eləcə də istər BMT Baş Assambleyası, istərsə də İƏT qətnamələrinin yerinə yetirilməsi istiqamətində səylərimiz yenidən nəzərdən keçirildi. Xüsusilə vurğulanmalıdır ki, 2019-cu ilin may ayında Məkkə şəhərində keçirilmiş İslam Zirvə Görüşü Konfransının 14 sessiyasında Kontakt Qrupunun görüşləri təqdirəlayiq hesab edilib və onun fəaliyyətinə tam dəstək ifadə olunub. Ümid edirəm ki, bu günki müzakirələrimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmağa vadar etmək məqsədilə İƏT üzv dövlətlərinin kollektiv və individual səyləri üzrə tövsiyə və təkliflərə dair razılığın əldə olunması üçün şərait yaradacaqdır”.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı bəyanat Beynəlxalq Sülh Bürosuna təqdim edilib
Qeyd edək ki, Berlində Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avropa İttifaqının dəstəyi ilə Beynəlxalq Sülh Bürosu və Asiya-Avropa Xalq Forumu (AAXF), AsienHaus, Rosa Lüksemburq Fondu tərəfindən təşkil olunan "Avrasiyada ortaq təhlükəsizlik siyasətinə çağırışlar" adlı seminar keçirilib. Tədbir Asiya və Avropadakı ən aktual təhlükəsizlik problemlərini, o cümlədən mövcud münaqişələr və miqrasiya məsələlərini müzakirə etmək məqsədi daşıyıb. Bu barədə AZƏRTAC-a BAMF-dan məlumat verilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və politoloq, Fondun prezidentinin köməkçisi Anastasiya Lavrina seminarda iştirak edərək bölgənin hərbiləşdirilməsinin səbəblərindən birinə çevrilən Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı bəyanat veriblər. Anastasiya Lavrina Beynəlxalq Avrasiya Mətbuat Fondunun bəyanatını təqdim edib və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dayandırılmasının zəruriliyini bildirib. “Çox güman ki, Sovet İttifaqının dağılmasından sonra yaranan ilk münaqişələr vaxtında həll edilməsi üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etsəydi, bir çox yeni münaqişələrin yaranmasının qarşısını ala bilərdik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təxminən 30 il əvvəl Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Lakin Ermənistanın beynəlxalq norma və standartlara riayət etməməsi, münaqişənin həlli və müvafiq olaraq bölgənin gələcək inkişafı üçün əsas sayılan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini qulaqardına vurması vəziyyəti gərginləşdirir, bölgənin hərbiləşdirilməsinə səbəb olur” - deyə o qeyd edib. A.Lavrina, eyni zamanda, Azərbaycanın Avrasiyada çox vacib tranzit və logistika mərkəzinə çevrildiyini, bölgədə sülhün və sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb: “Sovet İttifaqının dağılmasından sonra ilk olaraq qonşu təcavüzkar ölkənin işğalçılıq siyasəti qarşısında Azərbaycan daimi diplomatik əlaqələr olmadan güclü iqtisadiyyatı və inkişaf etmiş enerji siyasəti ilə müstəqil bir dövlət ola bildi. Azərbaycanın güclü ordusu var və hərbi gücünü işğal olunmuş torpaqları geri qaytarmaq üçün istifadə etmək hüququna malikdir. Lakin Azərbaycan təcavüzkar siyasət yürütməyə çalışan Ermənistandan fərqli olaraq münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”. Çıxışdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən hazırlanmış “Güllələnmiş məzar daşları” filmi nümayiş olunub. Filmdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindəki dağıdılmış evlər, abidələr, habelə güllələnmiş qəbiristanlıq kimi Ermənistanın törətdiyi həqiqi vandalizm aktları göstərilib. Filmdə XX əsrin sonlarında Azərbaycanda və XX əsrin əvvəllərində Fransada törədilmiş vandalizm arasında paralel aparılır. Filmin müəllifi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev özünün yaşadığı kədərli anlardan bəhs edib. Film və A.Lavrinanın təqdimatı Beynəlxalq Sülh Bürosunun rəsmi saytında yerləşdirilib. Beynəlxalq Sülh Bürosu 1891-ci ildə yaradılıb və müxtəlif ölkələrin cəmiyyətləri arasında əlaqə rolunda çıxış etdiyinə görə 1910-cu ildə Nobel Sülh Mükafatına layiq görülüb. 13 məşhur Nobel Sülh Mükafatçısı Beynəlxalq Sülh Bürosunun üzvü olub. Beynəlxalq Avrasiya Mətbuat Fondu 2001-ci ildən Beynəlxalq Sülh Bürosunun üzvüdür. Fondun prezidenti Umud Mirzəyev isə 2013-cü ildən Baş Şuranın üzvü və Qərbi Asiyanın 18 ölkəsində Büronun nümayəndəsidir.

Pakistanın xarici işlər naziri Ermənistanı qoşunları Dağlıq Qarabağdan çıxarmağa çağırıb

Bi məsələni də qeyd edək ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Ermənistanı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb. Nazir bunu Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı deyib. Ş.M.Kureşi bildirib ki, Pakistan Ermənistanın Dağlıq Qarabağda coğrafiyanın, əhalinin, iqtisadi, sosial və mədəni vəziyyətin və institusional strukturun dəyişdirilməsi üzrə hərəkətlərinə qarşıdır. Nazir Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa və Azərbaycanın ərazi bütövlüyü və suverneliyinə hörmət etməyə çağırıb. O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitlik üçün təhdiddir.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib”
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info