Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş - qəbulu
Tarix: 25.09.2019 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


25 sentyabr 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Boradigah qəsəbəsində keçirilmişdir. Səyyar görüş - qəbulda 150-ə yaxın qəsəbə sakini iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Qəsəbə sakinlərindən Elnur İsmayılov, Əsgər Nəhmətov, Rəhman Əkbərov, Aydın Abdullayev, Balağa Hacıyev, Zakir Abdullayev, Vüqar Məmmədov və başqaları Boradigah - Qumbaşı asfalt yolunun təmiri, suaparıcı kanallların və çayın təmizlənməsi, pay torpaqlarının kooperativ şəkildə birləşməsi, işıq transformatorlarının dəyişdirilməsi, internetin zəif olması, bəzi məhəllərdə işməli su çətinliyi, uşaq bağçasının tikilməsi və s. ilə bağlı məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.
Səyyar görüş - qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak və çıxış etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15.10.2019
Naxçıvan Dövlət Tarix Muzeyi -95
15.10.2019
Masallı RİH başçısının Qızılavar ərazisinin Dəlləkoba kəndində səyyar görüş-qəbulu
15.10.2019
Masallıda “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info