Ermənistandakı istintaq davam etdikcə siyasi “intiharların” sayı da artacaq
Tarix: 25.09.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl qeyd edək ki, sabiq erməni nazir Ayk Arutyunyanın ölümü barədə yayılan məlumat, ölkədə bu sahə ilə məşğul olanlar arasında dərhal 1 mart hadisələri ilə əlanqələndirilib. Bu da təbiidir. Çünki, unutmaq lazım deyildi ki, Arutyunyan bu işdə vacib şahidlərdən biri kimi təqdim edilirdi. Əslində, etiraf edilməlidir ki, sabiq nazir 1 mart hadisələri zamanı İrəvanın Azadlıq meydanında əməliyyat keçirərək nümayişçilərin dağıdılması ilə birbaşa əlaqəli olan şəxslərdən biri hesab edilirdi.
Yeri gəlmişkən, onu da xatırlatmağa dəyər ki, Arutyunyan artıq bu hadisələrlə əlaqəli olduğuna görə, «ya vəlvələdən, ya da ki, zəlzələdən» bu dünyaya vida edən dördüncü məmurdur. Belə ki, bir müddət bundan əvvəl 1 mart hadisələri zamanı Robert Koçaryanın təhlükəsizlik xidmətinin rəhbəri olmuş Qriqori Sarkisov infarktdan ölmüşdü. Ondan bir müddət sonra isə «uzun sürən ciddi xəstəlik» səbəbindən Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qorik Akobyan bu dünyaya vida demişdi. Bunların ardınca isə İrəvanın Azadlıq meydanındakı əməliyyatlara məsul olan Armen Yeritsyan da adi xəstəliyin qurbanı kimi, bu dünyaldan köç etmişdi.
Ölümündən bir müddət əvvəl Ermənistanın istintaq komitəsində ifadə verən Ayk Arutyunyan 1 mart hadisələri zamanı nümayişçsilərdə odlu silah olduğu barədə məlumat aldığını və bu məsələ ilə bağlı yoxlama aparmağı Armen Yeritsyana həvalə etdiyini bildirmişdi.
Hazırda həmin ərəfədə ölkədəki konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham Robert Köçəryan, Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Gevorgyana qarşı qaldırılsa da İrəvanın bu məsələdə aciz görünün tərəfləri də qeyd edilməlidir. Hələlik isə ittiham obyekti kimi, ikinci erməni prezidenti Robert Köçəryan nəzarət altına alınıb. Amma bu işdə əsas şahidlərdən biri olan və həmin ərəfədə ölkənin müdafiə naziri olmuş Mikael Arutunyan Rusiyada siyasi sığınacaq aldığından İrəvan üçün əlçatmaq mövqedədir. Qeyd edilməlidir ki, Rusiya 1 mart hadisələrində təqsirli bilinən daha bir fiquru – həmin ərəfədə Ermənistanda istintaq qrupunun rəhbəri olmuş Vaqan Arutyunyanı da İrəvana verməkdən imtina edir. Erməni hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, Vaqan Arutyunyan da 1 mart hadisələrində adı keçən əsas simalardan biridir.
Bütün bu hadisələrdə maraq kəsb edən məsələlərdən biri isə, bir müddət bundan əvvəl istefa verən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Artur Vanesyanın verdiyi açıqlama olub. Belə ki, Vanesyan heç bir əsas gətirmədən 1 mart hadisələri ilə əlaqəli olan ən vacib sənədlərin Təhlükəsizlik Xidmətinin arxivindən yoxa çıxdığını bildirmişdi.
Bununla bağlı daha bir önəmli məsələ enmənilərin «Lragir» saytında yer alıb. 2018-ci ilin noyabrında Vanadzorda Yevgeni Kaçak adlı snayperin öldürüldüyünü bildirən sayt bu ölümün 1 mart hadisələri ilə əlaqəli olduğunu da gizlətməmişdi. Ermənilərin başqa bir mətbu orqanına, «Qraparak» nəşrinə istinad edən sayt məhz bu şəxsin 2006-cı ildə Ermənistanın Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin xüsusi təyinatlı dəstəsində snayper kimi qeydiyyata alındığını bildirib. Yenə də nəşrin yazdığına istinad edən sayt İrəvandakı 1 mart hadisələri zamanı Kaçakın əsas atıcı snayperlərdən biri olduğu bildirir.Bütün bunlar onu deməyə əsas verir ki, 1 martla əlaqədar istintaq davam etdikcə, siyasi “intiharların” sayı da artacaq.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Eduard Şarmazanov: ”Azərbaycanla növbəti müharibə bizim Qarabağı itirməyimizlə yekunlaşa bilər”
15.10.2019
Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün əlimizdən gələni edəcəyik“
15.10.2019
Türkiyə Prezidenti: “Milli mübarizələrdə bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info