Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclər təhsil xərclərindən azad edilib
Tarix: 26.09.2019 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Prezidentin şəxsi təşəbbüsü ilə Azərbaycan Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəsinə yekun vurulub. Bu münasibətlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbiri universitetin rektoru, AME-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda və muxtar respublikada uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Rektor keçirilən bu müsabiqənin yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək olduğunu bildirib. Vurğulanıb ki, göstərilən diqqət və qayğı ancaq dərslərdə, universitetin ictimai, mədəni tədbirlərində qazanılan uğurlu nəticələrlə tamamlana bilər. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutur. Diqqətə çatdırılıb ki, yaradılan şərait, həyata keçirlən məqsədyönlü tədbirlər bizi daha həvəslə, inamla və işimizə daha ciddi, məsuliyyətlə yanaşmağa sövq edir.
Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov vurğulayıb ki, həyata keçirilən tədbirlərin əsas məqsədi tələbələri sosial qayğılardan azad edib, təhsilə, elmə daha həvəsləndirməkdir. Bildirilib ki, nəzərdə tutulan maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün müəyyənləşdirilib. Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Həmçinin müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəricilərinin də əsas götürüldüyü diqqətə çatdırılıb. Bu il keçirilmiş müsabiqə zamanı 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq ki, bunun da 11 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür. Ödənişdən azad edilən tələbər adından çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun Bilogiya ixtisasının tələbəsi Aysu Hətəmova çıxış edərək göstərilən diqqət və qayğıya görə bütün tələbələr adından öz minnətdarlığını ifadə edib. Sonda iki tələbə müqavilə sənədlərinə qol çəkib. Qeyd edək ki, ölkəmizdə keçiriləcək bu tədbirlərin ilki məhz muxtar respublikada baş tutub.

Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
17.10.2020
Bu gündən oktyabrın 19-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info