“Böyük İstanbul zəlzələsi” yaxınlaşır?
Tarix: 27.09.2019 | Saat: 09:12:00 | E-mail | Çapa göndər


İstanbuldakı 5,9 ballıq zəlzələ ilə bağlı məlumatlar araşdırıldıqdan sonra “Böyük zəlzələ”nin nə zaman baş verəcəyini müəyyən etmək mümkün olacaq.
Turkustan.info xəbər verir ki, bu sözləri rusiyalı seysmoloq Aleksey Zayvalov deyib.
“Türkiyə və Qərb mütəxəssisləri yaxın 30 il ərzində 7,5 baldan yüksək zəlzələnin olacağını bildirirlər. Üstəlik, böyük sənaye müəssisələrinin və ölkə əhalisinin təxminən 25 faizinin Mərmərə bölgəsində yerləşməsi daha böyük riskli vəziyyət yaradır. Bu səbəbdən 7 ballıq zəlzələnin faciəvi nəticələri ola bilər”, – deyə ekspert bildirib.
Zayvalov vurğulayıb ki, xoşbəxtlikdən zəlzələnin episentri Mərmərə dənizində yerləşib:
“İstanbulda güclü zəlzələlərin 50 ildən bir meydana gəlməsi ilə bağlı söylənilən fikirlərin əksəriyyəti doğru deyil. Ən modern xəbərdarlıq sistemləri belə zəlzələni sadəcə 12 saniyə əvvəl bildirir”.
Qeyd edək ki, dünən İstanbulda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu şiddətli zəlzələdən əvvəl və sonra isə 3-4 bal gücündə silsilə təkanlar qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
“Sağ qalmaq üçün kəndə köçün”
25.10.2020
Burunda olan tükləri kəsmək olmaz...
25.10.2020
Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
22.10.2020
Əriştədən bir ailənin 9 üzvü öldü
22.10.2020
“BMT-nin qətnamələri kağız parçası deyil”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info