YAP Masallı rayon təşkilatı aparatında Şura üzvlərinin iştirakı ilə iclas
Tarix: 27.09.2019 | Saat: 12:10:00 | E-mail | Çapa göndər


26 sentyabr 2019-cu il tarixdə YAP Masallı rayon təşkilatı aparatında təşkilatın Şura üzvlərinin iştirakı ilə iclas keçirilib.
İclası YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək rayon təşkilatımızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. O, YAP Masallı rayon təşkilatında seçki qərargahının yaradıldığını və bu işlərdə Şura üzvləri ilə yanaşı ilk partiya təşkilatlarının da səfərbər olunmasının vacibliyini bildirib. Seyfəddin Əliyev seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını qeyd edib.
Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə və qadınlara üstünlük veriləcəyini vurğulayan S.Əliyev çıxışında bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz tərəfindən lazımi diqqət və qayğı göstərilməsi barədə də danışıb. O deyib ki, Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Masallı rayon təşkilatının sədri həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Ona görə də Şura üzvlərimiz eləcə də təşkilatımızın fəal üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər.
İclasda Qardaş Fətullayev, Ələşrəf Niftiyev və başqaları mövzu ətrafında çıxışlar etmiş, həmçinin, bir sıra cari məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15.10.2019
Naxçıvan Dövlət Tarix Muzeyi -95
15.10.2019
Masallı RİH başçısının Qızılavar ərazisinin Dəlləkoba kəndində səyyar görüş-qəbulu
15.10.2019
Masallıda “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info