“Paşinyanın ABŞ-a olan ümidləri də boşa çıxıb”
Tarix: 27.09.2019 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


“Görəsən, Paşinyan doğrudanmı ABŞ-da rahat həyat yaşayan ermənilərin nə vaxtsa Ermənistana gəlib miskin şəraitdə yaşayacaqlarına inanır?”

“Paşinyan Qərbə olan cavabsız məhəbbətini etiraf etmək məcburiyyətində qalsa da, unudlmamalıdır ki, Qərb Nikoldan itaət etməkdən daha çox başqa şeylər tələb edir”.

Ermənistanın “Tert.am” saytının yazdığına görə, sələflərdən imtina planına uyğun olaraq ölkədə «məxməri inqilab» edən Paşinyan bu inqilabı “sevgi və tolerantlıq” inqilabı kimi təqdim etməyə çalışsa da, unudur ki, sevgi nə siyasi, nə də siyasi elm kateqoriyasına aid deyil: «Amma Nikol baş nazir postunu ələ keçirdikdən qısa bir müddət sonra, doğrudan da, biz «Nikol inqilabı»ndakı sevgini görməyə başladıq. Amma etiraf edilməlidir ki, bu sevgi daha çox Nikolun özünə aşıladığı sevgi idi. Eyni zamanda bu “sevgi” onun başqalarına qarşı olan dözümsüzlüyünü də ortaya qoydu”.
Paşinyan hakimiyyətinin ilk illərində Kremlin ünvanına səsləndirdiyi fikirlərə diqqət çəkən sayt yazır: “Lakin baş nazir kimi Moskvaya ilk səfəri zamanı Rusiya prezidentinə ünvanlanmış təriflər söylədi və Ermənistan-Rusiya münasibətlərinin daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi edəcəyinə söz verdi. Bu görüşlər zamanı Paşinyanın Rusiyaya hansı güzəştlərə gedəcəyini eşitdikdə isə biz artıq onun özündən əvvəlki sələflərindən elə də fərqlənmədiyinin şahidi olduq”.
Maraqlıdır ki, erməni saytı Paşinyanın bütün bu davranışlarını onun Rusiyaya sevgisiz «təslim olması» kimi dəyərləndirir. Nikolun Rusiya rəhbərliyi qarşısındakı «utancaq» davranışlarını isə «deyirlər ki, belə olmalıdır»-kimi xarakterizə edir.
Qeyd edək ki, sayt hələ ki, «mən istəmirəm, amma lazımdır» prinsipi ilə işləyib ölkədə heç bir məsələni həll edə bilməyən Paşinyanın xarici ölkələrlə yaranan problemləri hansısa formada həll edə biləcəyinə şübhə ilə yanaşır. Paşinyan isə hələ də öz müştəbehliyindən əl çəkmir. Əvvəlki sələflərindən fərli olaraq, çəkinmədən ABŞ-ı necə tənqid etdiyini fəxarətlə «gözə soxmağa» çalışır: “Bu gün Qərb Ermənistandan tələblər edir. Doğrudur, İrəvan etdiyi «inqilabın dəyərini» Qərbdən yetərincə alıb. Həttə Qərb Ermənistana verilən vəsaitin miqdarını da elan edib. İrəvan isə yeni vəsait üçün Qərbə yalvarır, Qərb isə bu dəfə yeni tələblər irəli sürür. Elə tələblər ki, Nikol bunları həyata keçirmək iqtidarında deyil. Bu gün Paşinyan Qərbə olan məhəbbətini etiraf etmək məcburiyyətində qalsa da, bu, bizim başa düşdüyümüz kimi cavabsız bir sevgidir. Hazırda Qərb Nikoldan itaətdən daha çoxunu tələb edir. O da qeyd edilməlidir ki, ABŞ hakimiyyətinə olan ümidlərinin boşa çıxdığını görən Paşinyan daha sonra Amerikadakı ermənilərə acizanə təklif edib: Ermənistana gəlin, investisiya yatırın və yaşayın. Görəsən, Paşinyan, doğrudanmı, ABŞ-da rahat həyat yaşayan ermənilərin nə vaxtsa Ermənistana gəlib buradakı miskin şəraitdə yaşayacaqlarına inanırmı? Məgər Paşinyan etdiyi təklifin fərqinə varırmı?”. Qeyd edək ki, Gürcüstan və Ukraynanı nümunə kimi göstərən çəkən sayt Ermənistana Qərbə o qədər də ümid etməməyi məsləhət görür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Eduard Şarmazanov: ”Azərbaycanla növbəti müharibə bizim Qarabağı itirməyimizlə yekunlaşa bilər”
15.10.2019
Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün əlimizdən gələni edəcəyik“
15.10.2019
Türkiyə Prezidenti: “Milli mübarizələrdə bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info