Azərbaycanlı gənc “O Səs Almaniya” musiqi yarışmasında - VİDEO
Tarix: 27.09.2019 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Sentyabrın 26-da Almaniyada çox sevilən “O Səs Almaniya 2019” (The Voice of Germany 2019) proqramında azərbaycanlı müğənni Seyran İsmayılxanov öz səsi ilə Almaniyanı silkələyib. Bu haqda özəl olaraq “Palitra”ya Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva məlumat verib.
Seyran İsmayılxanov yarışmada Mustafa Sandalın klassikləşmiş “Aya bənzər” mahnısnı ifa edərək dörd münsif üzvünü də özünə çevirməyi bacarıb və səhnədə əyləncəli anlar yaşadıb.
Naibə Hacıyeva bildirib ki, Seyran İsmayılxanovun səsinin gözəlliyi ilə bərabər özunəməxsus həddindən çox gözəl xarakteri var: “Seyran İsmayılxanovu uzun illərdir tanıyıram. O, xalqına, torpağına, dövlətinə sadiq bir insandir. Uzun illərdir Azərbaycan xalqına məxsus olan xarakterini, sənətini qoruyub saxlayan Seyhan bəy, sentyabrın 26-da 55 milyon azərbaycanlını təmsil etdi. Həddindən çox qürurvericidir. Əsil Azərbaycan oğlu Seyran bəyi həm öz adımdan, həm də Alman Azərbaycan Dostluq Cəmiyyəti adından ürəkdən təbrik edir, atdığı bütün addımlarında uğurlar arzu edirəm”.
Xatırladaq ki, Seyran İsmayılxanov "Sarı gəlin" mahnısı ifa edərək Amerikanın musiqi kanalı MTV-in siyahılarında yer alıb. “Gözəlim sənsən” mahnısı ilə isə alman musiqi siyahılarını alt-üst edən həmvətənimiz, indi də “O Səs Almaniya” yarışmasına damğasını vurub.

Fuad





 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info