Özbəkistan Yazıçılar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirilib
Tarix: 27.09.2019 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Yazıçılar İttifaqı və “Kitob dunyasi” qəzetinin birgə layihəsi ilə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın Daşkənddə özbək dilində çap olunan “Aç eşiyi” adlı kitabının təqdimatını keçirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
İlk öncə Azərbaycan nümayəndə heyətini Özbəkistan Yazıçılar İttifaqının katibi, xalq yazıçısı Siracəddin Səid qəbul edərək, qonaqları salamlayaraq qədim dövrlərdən ikitərəfli əməkdaşlıq, Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğu haqqında danışıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Özbəkistanla münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və qardaşlıq mühiti olduğunu qeyd edib. Millət vəkili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edildiyini və əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən razı olduğunu qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ikitərəfli ədəbi əlaqələr, bu istiqamətdə əməkdaşlıq haqqında danışaraq, tarixən mövcud olmuş ənənənin davamı olaraq, birgə böyük konfransların, kitab təqdimatlarının, poeziya gecələrinin təşkilinin vacib olduğunu vurğulayıb.
Diplomat tərcümə layihələrini uğurla həyata keçirmək məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hər iki ölkənin dilçi alimlərinin iştirakı ilə “Azərbaycanca-Özbəkcə, Özbəkcə - Azərbaycanca lüğəti”nin nəşr olunduğunu və son illər tərəflər arasında ədəbi əlaqələrdə böyük canlanma olduğunu vurğulayıb.
Qeyd edək ki, Özbəkistan Yazıçılar ittifaqında keçirilən təqdimat mərasimi çərçivəsində Millət vəkili, şairə Qənirə Paşayevanın “Aç eşiyi” adlı kitabının və digər nəşrlərinin sərgisi iştirakçılara təqdim olunub.
Yazıçılar ittifaqının böyük zalında baş tutan təqdimat mərasimini Özbəkistan Yazıçılar ittifaqı sədrinin müavini Fayrat Majid açaraq Qənirə Paşayevanı Azərbaycan Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim kimi təhlil edib, onun yaradıcılıq fəaliyyəti haqqında danışıb.
Alim və tərcüməçi Babaxan Şərif Qənirə Paşayevanı özbək dilində kitabının çıxması münasibəti ilə təbrik edib, onun yaradıcılığı haqqında söhbət açıb. Natiq vurğulayıb ki, Qənirə Paşayevanın şeirlərində Vətən, Ana mövzusu əsas yer tutur. Millət vəkili kimi fəaliyyət göstərməsi ilə yanaşı, Qənirə Paşayeva vaxt tapıb ədəbi yaradıcılıqla məşğul olur, şeirlər, məqalələr də yazaraq çoxlu kitabları nəşr ı çap olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov günü-gündən inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığı, ikitərəfli mədəni-ədəbi əlaqələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, qarşılıqlı səfərlər haqqında danışaraq, qardaş ölkədə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və Daşkənddə çap olunduğunu qeyd etmişdir. Diplomat millət vəkili, şairə Qənirə Paşayevanın Özbəkistana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin, layihələrin ikitərəfli əməkdaşlıq üçün faydalı olduğunu qeyd edib.
Özbəkistanın Xalq şairi Camal Kamal böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimini çox sevdiyini, Şeyx Nizaminin “Xəmsə”sini artıq özbək dilinə çevirdiyini diqqətə çatdırıb. Deyilib ki, poemaların dördü artıq çap edilib, biri də çap ərəfəsindədir.
Dosent Adxambek Alimbekov, şairlər Qoşqor Norkobil, Tura Mirzə, Xasiyyət Rüstəm, tərcüməçi Şermurat Subxan və başqaları Qənirə Paşayevanın şeirlərinin qısa zamanda Özbəkistanda sevildiyini, hətta şeirlərinə mahnı bəstələndiyini diqqətə çatdırıblar.
Qənirə Paşayeva kitabı özbək oxucularına çatdırdığına görə Özbəkistanın “Kitab dünyası” qəzetinə və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib. O ta qədimdən Özbəkistanda Azərbaycanın şair və yazıçılarının sevildiyini, Azərbaycanda da özbək şair və yazıçılarının çox maraqla qarşılandığını vurğulayıb. Qənirə Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”nin ilk dəfə olaraq özbək dilinə çevrilməsinin tarixi hadisə olduğunu və bu işdə tərcüməçi Camal Kamala öz təşəkkürünü bildirib. Daha sonra tədbirdə Özbək tələbələr Şaxnoza Xuşiyeva, Dilşod Laziz şairə Qənirə Paşayevanın şeirlərini səsləndirib, onun şeirinə yazılmış mahnılar ifa ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info