Bakıda evə oğurluğa girən qonşu qızı Səbinə: iti səs-küy salmaması üçün hamam otağına salıb
Tarix: 27.09.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dolları olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstənin üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxsin qonşusudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar. Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyənləşib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin elektron qolbağını daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15.10.2019
Naxçıvan Dövlət Tarix Muzeyi -95
15.10.2019
Masallı RİH başçısının Qızılavar ərazisinin Dəlləkoba kəndində səyyar görüş-qəbulu
15.10.2019
Masallıda “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info