ADRA-nın direktoru Aydın İbadov mükafatlandırılıb
Tarix: 27.09.2019 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Sentyabrın 26-da Bakı Konqres Mərkəzində bu il iyunun 30-dan iyulun 10-dək ölkəmizdə təşkil edilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkə başçısının müvafiq sərəncamları ilə sessiyanın yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Xan sarayının Dünya irs siyahısına salınmasında fəal iştirak etmiş şəxslərə orden, medal və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub.
Tədbirdə çıxış edən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılan Təşkilat komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün ərzində görülən işləri yüksək qiymətləndirib. Nazir sessiyanın işinə verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Bakıda 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. On gün ərzində çox ciddi müzakirələr aparılıb, 166 sahəyə baxılıb və 29 irs nümunəsi siyahıya salınıb.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə təltif olunan şəxslərə mükafatlar təqdim olunub. Tədbirdə sessiyanın işində fəal iştirakına görə Təşkilat komitəsinin üzvlərinə Mədəniyyət naziri Əbülfəs Qarayevin və UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Roslerin imzaladığı diplomlar da təqdim olunub. Mükafat alanlar arasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadov da olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info