“Qolos Armenii”: ”Paşinyan yalançıdır”
Tarix: 27.09.2019 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Bu gün erməni baş nazir Nikol Paşinyan Ermənistanda baş verən «məxməri inqilab» dan sonra insanların sürətlə dəyişdiyini normal sayır. Əslində, Paşinyan Ermənistandakı dəyişikliyin başlandığını bəyan etsə də, bu, ölkədə hər şeyin heç də yaxşılığa doğru getməsinə dəlalət etmir. Xatırladaq ki, bir müddət əvvəl Nyu-Yorkdakı erməni icması ilə görüşdə fəxrlə bu gün Ermənistannın büdcə vəsaiti həesabına yollar çəkmək iqtidarında olduğunu bildirən Nikol, nədənsə, Kirk Kerkoryanın bu ölkəyə bağışladığı yüz milyon dollardan sonra belə bir hadisənin baş vermədiyini açıqlamağı unutdu.
Son yarım ildə Ermənistan büdcəsinin təxminən 120-125 milyon dolları artdığını bildirən «Qolos Armenii» saytı isə bunu baş nazirin fəaliyyətinin yekunu yox, sadəcə «Linsi» Fondunun Ermənistana verdiyi ianə nəticəsində əldə edildiyini gizlətmir.
«Beynəlxalq ehtiyatlarımız hazırda ən yüksək səviyyədədir. Burada söhbət ehtiyatlarımız üçün saxladığımız valyutadan gedir. Son il yarım ərzində Ermənistanda 65 mindən çox yeni iş yeri qeydə alınıb ki, bu da əmək bazarının 10 faizini təşkil edir. Bu iş yerlərinin bəziləri kölgədən çıxmış, digərləri isə yeni iş yerləridir». Təbii ki, bunları bildirən Paşinyan bəzi nüansları, nədənsə, yadadn çıxarır.
Nikolun hər dəfə «məxməri inqilabın meyvələri»ni konkret göstəricilərlə təsvir etməyə çalışmasına diqqət çəkən sayt, bir çox halda bunun bəzən ziddiyyətli, bəzən maraq doğuran, bəzən də saxtalıqlarla müşahidə edildiyini bildirir. Sayt yazır ki, Paşinyan öz nikbinliyini rəqəmlər və faktlarla sübut etməkdənsə, o, ölkə iqtisadiyyatındakı «gözəl» vəziyyəti emosional qiymətləndirmə ilə məhdudlaşdırsın. Belə ki, yalan danışmağa elə də bir ehtiyac olmadığını bildirən sayt faktlara müraciət edir. Beləliklə, yuxarıda deyildiyi kimi, Nyu-Yorkda ermənilərə Ermənistanın büdcə vəsaiti hesabına yollar çəkmək imkanı olduğunu bildirən Paşinyan İrəvana qayıtdıqdan sonra ölkənin kapital xərcləri tempinin yavaşlaması barədə göstəriş verir.
Başqa bir fakt. Ermənistanın beynəlxalq ehtiyatlarının bu gün ən yüksək həddə çatdığını bildirən Paşinyan bunun amerikalı ermənilər üçün elə də bir önəm daşımadığını anlasa da, məgər özünün yalan danışdığını anlamırmı? Yenə də faktlara müraciət edək: məsələn, «məxməri inqilab»dan əvvəl, yəni 2018-ci ilin yanvarında 2 milyard 306 milyon dollar olan beynəlxalq ehtiyatlar, sentyabr ayında 2 milyard 295 milyon dollar təşkil edib. Budurmu Nikolsayağı artım?
Paşinyan, daha sonra, inqilabdan sonra açdırdığı 65 minlik iş yerindən danışır. Maraqlıdır ki, o burada da yalanından yan keçə bilmir. Məgər o bir müddət bundan əvvəl Strasburqdakı erməni diasporu ilə görüşdə dediyi «son 10 ayda ölkədə 51 min iş yerinin açıldığını və bunun əmək bazarının 10 faizini təşkil etdiyini» unudub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Eduard Şarmazanov: ”Azərbaycanla növbəti müharibə bizim Qarabağı itirməyimizlə yekunlaşa bilər”
15.10.2019
Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün əlimizdən gələni edəcəyik“
15.10.2019
Türkiyə Prezidenti: “Milli mübarizələrdə bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info