“Bəzi ifadələrin hansı mənaya gəldiyi məlumdur“
Tarix: 28.09.2019 | Saat: 16:09:00 | E-mail | Çapa göndər



BBC-nin Yayım Standartları Bölümü səhər xəbərlərinin aparıcısı Naqa Munçettinin (Naga Munchetty) Trampı tənqid edərək obyektivlik prinsipini pozduğunu bildirib.


Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın bəzi konqres üzvlərinə qarşı irqçi sözlərini tənqid edən hind əsilli aparıcı haqqında İngiltərənin dövlət mətbuat orqanı BBC-nin qərarı diqqət çəkib.
BBC-nin Yayım Standartları Bölümü səhər xəbərlərinin aparıcısı Naqa Munçettinin (Naga Munchetty) Trampı tənqid edərək obyektivlik prinsipini pozduğunu bildirib. Qərarda jurnalistlərə adamların etdiyi çıxışlar və məqsədləri haqqında öz şəxsi fikirlərini bildirmələrinə icazə verilmədiyi, yalnız öz yaşadığı irqçi hadisələri danışmasında problem olmadığı yazılıb.
İngiltərə Yayım Təşkilatı da aparıcı haqqındakı şikayətə haqq verib.
40-dan artıq qara aktyor və naşir isə BBC-ni yazdıqları açıq məktubla qərarı bir daha nəzərdən keçirməyə çağırıblar.
Qeyd edək ki, D.Trampın müsəlman qadınlar - konqres üzvləri İlhan Omar və Raşida Tlaiblə yanaşı, Aleksandriya Okasio-Kortez (Alexandria Ocasio-Cortez) və Ayanna Presliyə (Ayanna Pressley) "gəldiyiniz yerə geri dönün" deməsinə iyulun 17-dəki verilişində Munçetti belə reaksiya göstərmişdi: "Ağ olmayan bir qadın olaraq mənə də “gəldiyin yerə geri get” deyilərsə, bu, yalnız irqçilikdir. Bəzi ifadələrin hansı mənaya gəldiyi məlumdur".




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
21.10.2019
Zəfərin Komandanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info