Toy şorbası (düğün çorbası) necə hazırlanır?
Tarix: 30.09.2019 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə “Toy şorbası”nı (düğün çorbası) təqdim edirik.


"Evdə şorba varsa, hər şey yolundadır" deyirlər. Həm müalicəvi, həm də hazırlanması asan yeməkdir şorba. Tarixi də çox qədimlərə gedir. Hitit mismar yazılarından insanların buğda, soğan, lobya, noxud və mərcini ətlə qarışdıraraq şorba bişirdikləri bəlli olur. Bu da onu göstərir ki, antik Yunanıstanda daha çox lobya və digər paxla bitkilərindən şorba hazırlanıb.
Osmanlı imperiyasında da şorbanın yeri xüsusi olub. İstər saray, istər xalq mətbəxində hər gün ən azı bir dəfə şorba içilərmiş.
Şorba hazırlamaq üçün əsasən ət və toyuq məhsulları ilə meyvə və tərəvəzlərdən istifadə edilir. Badam, paxla, şabalıd, narınc, qaysıdan hazırlanan şorbaların çoxu artıq bugünkü Türkiyə mətbəxində yer almır.
Amma Osmanlı mətbəxindən miras qalan bir şorba var ki, hələ də Türkiyə mətbəxinin baş tacıdır.
Quzu əti ilə hazırlanan, başda toylar olmaqla, xüsusi günlərdə verilən bu şorbanın adı “Düğün çorbası”dır, yəni toy şorbası.
Toy şorbasını bişirmək üçün əvvəlcə lazım olan materialları sayaq:
500 qr. quzunun sinə əti,
6 stəkan su (əti pörtmək üçün),
4 yemək qaşığı kərə yağı,
2 təpə dolu yemək qaşığı un,
3 stəkan ət suyu,
4 yemək qaşığı qatıq,
yarım (½) limonun suyu,
1 yumurtanın sarısı,
zövqə görə duz və qırmızı istiot.
Sıra gəldi toy şorbasını hazırlamağa. Əvvəlcə ətin üzərinə 6 stəkan su töküb qazanda qaynamağa qoyun. Su qaynayanda atəşi azaldın və əti orta odda qapağı örtülü şəkildə bişirin. Ət yaxşıca bişəndə qazanı süzgəcə boşaldın, suyunu arındırıb bir qabda saxlayın. Sonra əti soyudub kiçik tikələrə bölün, didin, bir kənarda qalsın.
Kərə yağı və unu başqa bir qazanda azca qovurun. Ətin bayaqkı suyunu və 3 stəkan suyu yavaş-yavaş əlavə edərək qarışdırın, sonra didilmiş ətləri üzərinə tökün.
Digər qabda qatıq, yumurta sarısı və limon suyunu qarışdırın. Şorbanın şirəsindən 1 kəfkir götürərək üzərinə əlavə edin, qarışdırın və sonra qarışığı şorbanın içinə yavaş-yavaş tökərək qarışdırmağa davam edin və bir burum qaynadın. Sonda 1 yemək qaşığı kərə yağı, duzu, qırmızı istiotu da şorbaya əlavə etdinizmi, artıq “düğün çorbası”nı, yəni toy şorbasını süfrəyə verə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
“Zərdə” şirniyyatı necə hazırlanır?
05.12.2019
Heyva dolması
30.11.2019
Kabak tatlısı necə bişirilir?
26.11.2019
Menemen necə bişirilir?
19.11.2019
Çoban qovurma

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info