“Valday” klubunda müzakirə: “Dünyada yeni çoxqütblü sistem formalaşır”
Tarix: 30.09.2019 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Həsən Basri Yalçın: “Türkiyə ABŞ-dan olan tərəfdaşlarının ardınca getməyi tamamilə dayandıraraq regionda uzunmüddətli deyil, qısamüddətli əməkdaşlıqlara üstünlük verməyə başlayıb”

“ABŞ artıq Suriyada hansısa rol oynamağı dayandırıb və bu ölkədə liderliyini itirib. Ona görə də Türkiyə ABŞ-dan olan tərəfdaşlarının ardınca getməyi tamamilə dayandıraraq regionda uzunmüddətli deyil, qısamüddətli əməkdaşlıqlara üstünlük verməyə başlayıb”. Bu fikirləri SETA strateji araşdırmalar mərkəzinin proqram direktoru Həsən Basri Yalçın deyib. Bu haqda “RİA Novosti” məlumat yayıb. “Valday” klubunun XVI toplantısının açılış mərasimində çıxış edən Həsən Basri Yalçın deyib ki, Türkiyə həmişə NATO-nun etibarlı tərəfdaşı hesab olunub: “Amma birdən bəlli oldu ki, bəzi məsələlərdə, məsələn, Suriyada ABŞ-ın ardınca getmək lazım deyil. Çünki ABŞ-ın orada liderliyi və rolu bitib, heç bir liberal qayda yoxdur. Əksinə proteksionizm artıb. Ona görə də Türkiyə təcrid edilmənin şahidi oldu”. Ekspert qeyd edib ki, vəziyyət belə olduğu üçün hansısa birlik və alyansa qoşulmaq məsələsi ortaya çıxanda Türkiyə strateji deyil, daha çox taktiki seçim edərək qısamüddətli alyanslara üstünük verir: “Məsələn, Suriyanın hansısa rayonlarında Türkiyə Rusiyanın müttəfiqi kimi çıxış edir, başqa rayonlarda isə ABŞ-la danışıqlar aparır”. SETA təmsilçisi vurğulayıb ki, Birləşmiş Ştatlar daha dünyada əvvəlki kimi rol oynamır: “Dünya siyasətində hansısa dəyişiklik baş verirsə, bu, bütün transformasiyaların ən əhəmiyyətli səbəbidir. Beləliklə, dünyada yeni çoxqütblü sistem formalaşır. Bu sistem İkinci Dünya müharibəsinə qədər olan vəziyyətə oxşayır – proteksionzm, radikalizm yüksəlir, liberalizm enir”.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Eduard Şarmazanov: ”Azərbaycanla növbəti müharibə bizim Qarabağı itirməyimizlə yekunlaşa bilər”
15.10.2019
Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün əlimizdən gələni edəcəyik“
15.10.2019
Türkiyə Prezidenti: “Milli mübarizələrdə bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info