Azərbaycanlı modelyer Norveçdə “Mən Qarabağ ulduzuyam” adlı yeni kolleksiyasını təqdim edib
Tarix: 30.09.2019 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer Şervin Nəcəfpur üzərində "Mən Qarabağ ulduzuyam" (I`m a st*r of Karabakh) yazılı öz yeni kolleksiyasını Norveç paytaxtı Osloda keçirilən moda nümayişində təqdim edib. AZƏRTAC xəbər verir ki, VOC - Voyage of Creations xeyriyyə məqsədli moda nümayişi çərçivəsində təqdim olunan Şervin Nəcəfpurun yeni kolleksiyası, işğal altında olan Dağlıq Qarabağ haqqında yerli ictimaiyyəti məlumatlandırmaqla yanaşı, Azərbaycanı Norveçdə daha yaxşı tanıtmaq məqsədi daşıyıb. Şervin Nəcəfpurun bu dəfə təqdim etdiyi kolleksiyada 8 oğlan model xüsusi dizayn olunmuş, üzərində Azərbaycan, Xocalı, Qarabağ, Pakistan, İslamabad və Kaşmir yazılı köynəkləri nümayiş etdiriblər. Arasında yerli siyasətçilər, Oslo şəhər meri, Türkiyə və Pakistan səfirləri, məşhur aktyorlar və KİV nümayəndələrin də olduğu 500 nəfərdən çox qonağın qatıldığı moda tədbirində, nümayiş olunan bu geyimlər böyük marağa səbəb olub. Mədəni müxtəlifliyi təbliğ edən VOC - Voyage of Creations moda nümayişinə BƏƏ, Pakistan və Avropanın digər ölkələrindən gələn müxtəlif modelyerlər öz işlərini təqdim ediblər. Qeyd edək ki, VOC-Voyage of Creations moda nümayişi haqqında material, Norveçin dövlət telekanalı NRK-da nümayiş olunub. NRK şirkətinə müsahibə verən Şervin Nəcəfpur deyib: “Bu tədbirdə iştirak adi moda nümayişi ilə yekunlaşmır, burada biz moda vasitəsilə Dağlıq Qarabağ və Kəşmirdə baş verənlər haqqında ictimaiyyəti məlumatlandırırıq”.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
2 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
3 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
4 Manqal salatı
5 Əriştədən bir ailənin 9 üzvü öldü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info