“Rusiya Ermənistana verdiyi qazın qiymətini hər an artıra bilər”
Tarix: 30.09.2019 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


“ArmenianReport”: ”Gələn ilin ilk ayından qazın qiymətinin 30 faiz artacağı bildirilir”

Ötən həftə Rusiyanın İrəvandakı səfiri Serqey Kopırkin Moskvanın? humanitar proqramlar (?) həyata keçirilməsi üçün Ermənistana 20 milyon dollar verəcəyi barədə məlumat yayıb. Maraqlıdır ki, bunu Ermənistan üçün yaxşı bir hal kimi dəyərləndirən «ArmenianReport» saytı, bununla belə, rusların bu humanizminin arxasında nəyinsə gizlədildiyini də istisna etmir. Sayt, Rusiya sərhəd və gömrük işçilərinin artıq bir neçə gündür ki, «Yuxarı Lars» keçid məntəqəsindən keçən erməni sahibkarlar üçün süni əngəllər yaratdıqlarını bildirir. Saytın yazdığını görə, ruslar yükün çəkisi bir tondan artıq olan yük maşını sürücülərinə cərimə tətbiq edirlər. Ermənilərin «Jamanak» nəşrinə danışan sürücülərdən biri , rusların əsas məqsədinin onlardan daha çox pul almaq olduqlarını deyib. Sürücünün sözlərinə görə, Rusiya tərəfi bu şəkildə sürücülərdən, təxminən, 2 milyon dollar pul qoparırlar: «Göründüyü kimi, çətin günlər keçirən rus gömrükçüləri erməni iş adamlarının ciblərinə girməkdən belə, çəkinmirlər»-yazan sayt bunu «maraqlı tərəfdaşlıq və maraqlı Avrasiyaçılıq» kimi təqdim edir.
O da maraqlıdır ki, sayt Ermənistana qarşı «Yuxarı Lars»dakı zərbələrin, Nikol Paşinyan Los-Ancelesdə Qərbin investisiya yatırımını gözlədiyi barədə fikir səsləndirdikdən sonra, daha da şiddətləndiyini bildirir: «Bundan əlavə, bu gün Kremlin İrəvanı qorxutmaq üçün əlində daha bir vasitə var ki, bu da Ermənistana verilən qazdır. Əslinə qalsa, Rusiyanın Ermənistana verdiyi qazın qiymətində artım hələ işə salınmasa da, amma bunun hər an həyata keçirilməsi ehtimalı çox yüksəkdir. Artıq gələn ilin ilk ayında Rusiyanın Ermənistana verəcəyi qazın qiymətinin sərhəddə min kubmetr üçün 30 faiz artacağı bildirilir. Bəziləri artıq gözlənilən qiymətin 205 dollar civarında olacağını istisna etmirlər».
Qarşıda, ehtimal edilən Putin-Paşinyan görüşünün erməni baş nazir üçün o qədər də asan keçməyəcəyini bildirən sayt Rusiya rəhbərinin Robert Köçəryanın cinayət işini dayandırmaq barədə verəcəyi hər hansı bir göstərişə, bəli, məhz göstərişə Nikolun hansı reaksiya verəcəyini indidən təsəvvür edir. Çünki sayt Paşinyanın da xalqa verdiyi yalan vədlərinə rəğmən, əvvəlki sələflərindən o qədər də fərqlənmədiyini yaxşı anlayır. Paşinyanın hansısa bir yanlış addımının bundan sonra Ermənistan üçün qaz qiymətinin artmasını qaçılmaz edəcəyini yaxşı bilir: «Çünki bu günə qədər Moskva İrəvana əvəzsiz heç bir şey verməyib və bu mənada o, bir müddət sonra öz ödənişini tələb edəcək. Məhz buna görə də Ermənistan yalnız Qərbə deyil, həm də Şərqin aparıcı ölkələrinə göz atmalıdır».
Təbii ki, bu fikirləri səsləndirərkən, Sinqapurun Baş naziri Li Sien Lunun Ermənistana səfərini nəzərdə tutan sayt, erməni yaltaqlığını işə salaraq, bu şəxsin nə qədər ağıllı, nə qədər səxavətli olmasından heyrətləndiyini bildirir. Rusiyanı Sinqapurla müqayisə edib əsas önəmi Şərq ölkəsinə verməsi, əslində, ermənilərin biclik variantlarından daha birisidir. Sovet İttifaqını itirmiş Rusiyanı elmi və texniki irsdən uzaq, yeni bir şey yaratmamış bir ölkə kimi təqdim edən erməni saytı Sinqapuru «Asiya pələngləri»ndən biri kimi təqdim edir. Əslində, gizlətməyə çalışsa da, dilənci Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Azad Ticarət Sazişi imzalamaq üçün Ermənistana gələn Sinqapur rəhbərliyindən umacağı çoxdur: “Biz də Sinqapur kimi, kiçik dövlətik, lakin buna baxmayaraq, çevikik, bacarıqlıyıq, oliqarxiya və tamahkar məmurları artıq ölkədən qovmuşuq(?). Məhz bu mənada, bizm heç bir şeyi dəyişdirmək istəməyən tərəfdaşımızdan fərqimiz budur”. Maraqlıdır, niyə, hələ də ayaqda duruş gətirdiyinə görə, məhz Rusiyaya minnətdar olmalı olan bir xalq bu qədər nankordur?
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
24.10.2020
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı
24.10.2020
Gürcüstan pandemiya səbəbindən “qırmızı” zonaya keçdi
24.10.2020
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
23.10.2020
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
23.10.2020
Ermənistan şokda: inanılmaz rekord qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info