Qocalma prosesini sürətləndirən amillər
Tarix: 01.10.2019 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Əvvəllər insanın vaxtından tez qocalması və ya daima gənc qalmasının səbəbini genetikada, həyat tərzində görürdülər. İndi isə alimlər ətraf mühit və sosial vəziyyətin daha çox rol oynadığını bildirir.
Medicina.az bildirir ki, Kopenhagen Universitetinin alimləri apardıqları araşdırmaların nəticəsində bəyan edib ki, 3 il və daha çox müddətə yoxsulluq və işsizlik yaşayan gənc insanın orqanizmində artıq qocalıq simptomları görünməyə başlayır.
Təcrübədə 5500 orta statistik yaşda insanın fiziki, qan və iltihabi proses analizləri araşdırılıb. Daha sonra onların son 20 ildə illik gəlirləri müqayisə edilib.
İllik gəliri orta gəlirdən 50% az olan insanlar yoxsulluq qrupuna aid olunub.
Gəlirləri az olan insanların qocalma göstəriciləri daha yüksək idi.
Bu o deməkdir ki, gəliri az olan və işsiz gənc və orta yaş təbəqə daha erkən yaşlarda və daha çox tibbi müayinə-müalicələrdən keçməlidir. Bİr çox gənclər orqanizmin siqnallarını xəstəlik, yorğunluqla səhv salır, anlamırlar ki, yaşları gənc olsa da, artıq onlarda qocalma başlayıb.
Alimlər sübut edib ki, son 4 ildə yoxsulluq həddində olan insanla maddi problemi olmayan insanın fiziki gücü arasında da ciddi fərq var. Yoxsul həddə olanlar stulda 30 saniyə ərzində digərlərinə nisbədən daha az sayda oturub qalxa biliblər. Onların əzələ gücü də imkanı yaxşı olanlardan daha az idi.
Eləcə də kasıb və işsiz insanlarda orqanizmdə orqan və toxumalarda iltihabi proseslər yüksək hədd olub. İltihab insan həyəcan və stres vəziyyətində olanda artır və iltihabın çoxluğu qocalığın markeridir.
Ciddi maddi problem yaşayan insanlar orta və normal yaşayanlardan 3 dəfə daha çox və tez qocalır. Ona görə dövlətlər işsiz və yoxsul təbəqənin sosial təminat xərclərini azaltmaq yox, artırmaq, eləcə də bu təbəqənin tibbi dəstəyini çoxaltmaq barədə düşünməlidir.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
“Sağ qalmaq üçün kəndə köçün”
25.10.2020
Burunda olan tükləri kəsmək olmaz...
25.10.2020
Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
22.10.2020
Əriştədən bir ailənin 9 üzvü öldü
22.10.2020
“BMT-nin qətnamələri kağız parçası deyil”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info