“Yay məktəbi”nin iştirakçıları Bakı neft emalı zavodunda olublar
Tarix: 30.08.2013 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “SOCAR yay məktəbi - 2013” layihəsinin iştirakçıları məktəbin “Neft və qazın emalı” mövzusuna həsr olunan dördüncü günündə bu yaxınlarda 60 illik yubileyini qeyd edən Heydər Əliyev adına Bakı neft emalı zavodunda olublar.
Ekskursiya zamanı iştirakçılar zavodda təhlükəsizlik qaydaları və 21 nömrəli qurğu ilə tanış olublar. Gənclərə 5 nömrəli istehsalatın 55 nömrəli katalitik krekinq qurğusunun iş prosesi barədə də məlumat verilib.
Günün ikinci yarısında isə ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov və “Azərikimya” İstehsalat Birliyinin (İB) Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev iştirakçılarla görüş keçiriblər.
D.Məmmədov Azərbaycanda neft emalının tarixi, neftin emal prosesi və neft-qaz sənayesinin inkişafından danışıb. O, bu sahədə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.
Görüşdə iştirakçıların suallarını cavablandıran “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev Sumqayıtda peşəkar kadrların hazırlanması məqsədilə açılmış yeni peşə məktəbi, kimya parkının salınması və başqa layihələr haqqında ətraflı məlumat verib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info