Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib
Tarix: 01.10.2019 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr- Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, AMEA-nın prezidenti Akif Əlizadə, millət vəkilləri, YAP funksionerləri və b. iştirak edib.
Ə.Əhmədov ölkəmizin dinamik inkişafı şəraitində ölkəmizdə güclü sosial siyasətin aparıldığını, həssas qruplardan olan vətəndaşlara diqqət və qayğının daim artırıldığını vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu sosial siyasətində ahıl vətəndaşların rifah halının yaxşılaşdırılmasının da mühüm yer tutduğunu bildirib. Ə.Əhmədov bunun daha bir təzahürü kimi, ahıllara dövlətin qayğısının artırılmasına yönələn işlərin ildən-ilə geniş miqyas aldığını, eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraitinin, onların etibarlı sosial müdafiəsinin təmin olunduğunu diqqətə çatdırıb.
S.Babayev Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ahıl vətəndaşların pensiya təminatının gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, dövlət başçısının islahatlar proqramının uğurlu nəticələrindən biri kimi, bu ilin ötən dövründə ölkəmizdə pensiyanın minimum məbləğinin 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırıldığını, bununla da Azərbaycanda minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu 34,2 faiz üstələdiyini qeyd edib.
Nazir sosial xidmət müəssisəsində yaşayan ahıl insanların dövlət qayğısı ilə əhatə olunduqlarını, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun yaşayış şəraiti yaradıldığını, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun inşa olunaraq istifadəyə verildiyini bildirib.
S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial cəhətdən həssas olan kateqoriyalarına, habelə tənha ahıllara xüsusi qayğısından bəhs edib. Heydər Əliyev Fondunun sosial xidmət müəssisələri, o cümlədən, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi ilə bağlı nəcib layihələrini, xeyirxah tədbirlərini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu müəssisənin sakinlərinə qayğıkeş münasibətini, buraya tez-tez gələrək buradakı yaşlı, ahıl insanlarla görüşdüyünü qeyd edib.
O həmçinin sosial xidmət sistemində yeni istiqamətlərdən biri kimi, Bakıda və bölgələrdə ahıllar üçün günərzi mərkəzlərin yaradıldığını deyib.
A.Əlizadə ahıl insanlara hörmət və ehtiram göstərilməsinin milli-mənəvi dəyərlərimizdən biri olduğunu vurğulayıb. O, ahıllarla bağlı dövlət siyasətinin də yaşlı, ahıl insanlara hörmət, diqqət və qayğı göstərilməsi prinsipinə əsaslandığını bildirib.
237 nəfərin yaşadığı müəssisənin sakinləri ürək sözlərini ifadə edərək, onların sosial təminatlarının gücləndirilməsi, müasir, rahat yaşayış şəraitinə malik olmaları üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tural





 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
17.10.2020
Bu gündən oktyabrın 19-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info