“Stavropolda öz birliyimizə nail olmuşuq”
Tarix: 01.10.2019 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Təhmasib Zeynalov: “Pyatiqorsk ilə Azərbaycan şəhərlərdən birini qardaş şəhər elan etmək lazımdır”

Artıq Rusiyanın bölgələrində də soydaşlarımızın ictimai aktivliyi güclənib. Bu baxımdan Rusiyanın Stavropol diyarında da Azərbaycan icmasının üzvləri fəallıq göstərirlər. Burada yaradılmış Azərbaycan "Araz" cəmiyyəti bu missiyanı öz üzərinə götürüb. Azərbaycan "Araz" cəmiyyətinin Stavropol diyarı üzrə müavini və Pyatiqorsk şəhəri üzrə sədri Təhmasib Zeynalov qəzetimizə müsahibəsində görülmüş və görüləcək işlədən danışıb.

-Öncə sizi tanımaq istərdik...
- Mən Zeynalov Təhmasib Şəmistan oğlu 27.09.1969-cu ildə İmişli rayonunda anadan olmuşam. Əslən Göyçə mahalındanam. 1986-cı ildə 263 nömrəli orta məktəbi bitirmişəm. Həmin il də keçmiş Politexnik İnstitutuna qəbul olmuşam. 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişəm. Yenidən təhsilimə davam etmişəm. 1 nömrəli İncəsənət məktəbində tar sinifini bitirmişəm. Eyni zamanda 7 il sərbəst güləşlə məşgul olmuşam. 1992-1993-cü illərdə Könüllülər batalyonuna daxil olmuşam. Tez bir zamanda bölük komandiri olmuşam. 1998-ci ildə Moskvaya, 2002-ci ildə isə Stavropol diyarının Pyatiqorsk şəhərinə gəlmişəm. Həmin ildə də Rusiya vətəndaşlığını qəbul eləmişəm.
Siyasi fəaliyyətlə məşğul olmaq üçün Vahid Rusiya Partiyasına 2005-ci ildə daxil olmuşam. Hazırda oranın üzvüyəm.
2003-2011-ci illərdə İnsan haqları təşkilatının üzvü olmuşam. Həmin təşkilatın sədr müavini mərtəbəsinə qalxmışam. Bu təşkilat tərəfindən müxtəlif medal və mükafatlara layiq görülmüşəm. 2006-cı idən Azərbaycan "Araz" cəmiyyətinin Stavropol diyarı üzrə müavini və
Pyatiqorsk şəhərinin sədri kimi fəaliyyət göstərirəm.
Evliyəm, 3 övladım var.
- Azərbaycan "ARAZ"cəmiyyəti nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?
-Azərbaycan "ARAZ"cəmiyyəti 2005-ci ildə Stavropol diyarı üzrə qeydiyatdan keçib. Təşkilatın ümumi rəhbəri Əsədov Qurban, müavini isə Muradov Firdovsi olub. Təşkilata mən 2006-cı ildə gəlmişəm və ilk iclasda müavin seçilmişəm.
Yarandığı gündən əsas fəaliyyətimiz insanlarımızın düşdüyü stress vəziyyətindən çıxartmaq olub. Belə ki, bu şəhərdə ermənilər çox üstünlük təşkil edirdilər. İnsanlarımız qorxu içində yaşayırdılar. Hətta güc strukturları tərəfindən də qanunsuzluqlara məruz qalırdılar. Bu işlərdə, əlbəttə insanları bir araya gətirib birliklərini təmin etmək lazım idi. İlk öncə mövcud problemləri həll etmək lazım idi. Əlbəttə, mövcud problemlərin həllində Muradov Firdovsinin də böyük rolu oldu. Bu problemləri həll etmək üçün insanları tez-tez bir araya toplamaq gərək idi. Biz buna nail olduq. Onları tez-tez yığıncaqlara dəvət edirdik. Artıq onlar bir-birini tanımağa və təşkilata inanmağa başladılar. Bununla da ilk işimizi müvəffəqiyyətlə başa vurduq. Sonra artıq maddi, mənəvi və milli dəyərlərimizi yaşatmaq üçün fəaliyyətə başladıq. Artıq insanlarda özlərinə inam yarandı. Artıq birinci etapı keçmişdik.
- Pyatiqorskdə ictimai-siyasi proseslərdə diasporumuz nə dərəcədə fəallıq göstərir? Soydaşlarımızın hüquqlarını necə qoruyursuz?
-Artıq siyasi və içtimai fəaliyyətimizə başlamışıq. Güc strukturları ilə əlaqələri qurmuşuq və həmyerlilərimizin hüquqnu qorumağa başlmışıq. Bir neçə qanunsuz, həmyerlilərimizin hüququn pozan polis işçilərini şəhər səviyyəsində cəzandırmağa nail olmuşuq. Şəhər rəhbərləri ilə mütəmadə işləyirik. Şəhərin, regionun və Rusiya dövəltinin bütün siyasi içtimai işlərində iştirak edirik. Həmçinin Azərbaycanımızın bütün əlamətdar günlərini qeyd edirdik.
- Pyatiqorskdə diaspor gənclərmiz aktiv fəaliyyət göstərirlərmi?
- Gənclərimizin üzərində ciddi işləyirik. Gənclərimizin fəallığı nəticəsində gözəl tədbirlər keçirmişik.
Fəaliyyətimiz gün-gündən güclənirir. Artıq gənclərimizin də təlabatı artırdı. Biz qərara aldıq ki, biz gənclərə bir azda artıq fikir verməliyik. İnstitutlarla əlaqələr qurmuşuq.
Gənclərimiz daha da aktivləşib. Yeni sədr Maharov Araz seçilib. Çox aktv gənclər yaranıb. Artıq gənclərimiz tərəfindən idman zalıda açılıb.
- Siz, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Artıq həm dövlət, həm də insanlarımız tərəfindən tam tanınmışıq. Təşkilatımz kütləvi xarakter alıb. Təşkilatımıza inam günbə gün artırır. Burda “Novruz” rəqs ansanbılı yaratmışıq. Rəqs ansanbılının yaranmasında Babakişiyev Bayramın rolu böyük olub. Günü gündən rəqs ansanbılında insaların sayı artır. Hal hazırda 300 nəfəri keçib. Burada təkcə azərbaycanlılar deyil, həm də Qafqazda yaşayan başqa xalqların nümayəndələri də iştirak edirirlər.
Burada Azərbaycan dili sinfi açmışıq. Çox yüksək səviyyələri tədbirlər keçiririk. Eyni zamanda mən həm şəhərin Etnik şurasına, həm də ictimai şurasına üzv seçilmişəm. Öz mədəniyyətimiz və tariximizi burada yerli sakinlərə müəyyən tədbirlər keçirərək təbiğ edirik. Şəhərin Millətlər Evində ümumi gənclər təşkilatı yaranıb. O təşkilata sədr olaraq bizim azərbaycanlımız Babakişiyev Bayram seçilib. 2018-ci ildə AXC-nin yaranmasının 100 illik tədbirini 700 nəfərlik zalda 3 saatlıq tədbir olaraq keçirdik. Şəhərin bütün rəhbərləri və başqa millətlərində diaspor rəhbərləri iştirak edirdi. Biz, həmçinin bu tədbirə başqa regionlardan da Azərbaycan diaspor rəhbərlərini dəvət etmişdik. Tədbirdə 700 dən artıq adam iştirak etdi.
-Təşkilatın digər şəhərlərində dayaq dəstələri varmı?
- Bütün şəhərlərdə dayaq dəstələrini yaratmışıq. Kislavodsk şəhərində dayaq dəstəsi və idarə heyətini yaratmışıq. Sədr olaraq Musayev Asif seçilib. Georgevsk şəhərində də cəmiyyətimizin dayaq dəstəsini yaratmışıq. Min Vod şəhərində də cəmiyyətimizin dayaq dəstəsini və idarə heyətini seçki yolu ilə seçdik. Sədr vəzifəsinə Babayev Eldar seçilib. Daha sonra Essentuki şəhərində də seçkilər oldu. Orada Fərhad Əhmədov sədr seçildi. Ən sonda Jeleznavodskidə Anar Əsədov sədr seçilib. Bununla da öz birliyimizə nail olduq.
- Rusiyadakı digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsizmi?
-Əlbəttə, nəinki Rusiyada, bütün dünyada olan diasporalarla əlaqə qurmuşuq. Bizim fəaliyyətimiz Azərbaycanda sa müsbət qiymətləndirilir. Müstəqil təşkilat olduğumuz üçün hər kəslə əlaqələrimiz genişdir. Biz Dünya Azərbaycanlılarının bütün qurultaylarında iştirak etmişik
-Ümumiyyətlə, Rusiyada diasporumuzun həmrəyliyini yeni müstəviyə necə çıxarmaq olar?
-Biz Rusiyadakı diasporlarla işimizi sosial şəbəkələr və Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə qurmalıyıq..
- Stavropol Rusiyanın turizm diyarıdır. Burada tibbi turizm daha çox inkişaf edib deyə Azərbaycandan ora saysız turistlər gedir. Bəs oradan Azərbaycana necə turist cəlb etmək olar?
-Bütün bu şəhərlərə Azərbaycandan il ərzində 40 000-dən artıq turist gəlir. Hesab edirəm ki, Pyatiqorsk ilə Azərbaycan şəhərlərdən birini qardaş şəhər elan etmək lazımdır. Danışıqlar aparmışam burada, bütün aidiyyəti qurumlar razıdır. Hələlik Azərbaycanda bu məsələ alınmır.
- Gələcək üçün hansı planlarınız var?
-Gələcəkdə ilk öncə Nəsiminin 650 illiyini keçirtmək istəyirəm. Əsas planlarımızdan biri də Rusiya Azərbaycan Mədəniyyət Mərkəzinin tikilməsidi.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.10.2019
“Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
22.10.2019
Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”
21.10.2019
“Azərbaycanda uşaq oyunları liqaları yaradacağıq”
21.10.2019
“Onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirir”
15.10.2019
Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info