Paşinyanın komandasında təmizləmə əməliyyatı çox erkən başladı
Tarix: 01.10.2019 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


“Qraparak”: ”Dövlət Təftiş İdarəsinə Milli Təhlükəsizlik Xidmətinin maliyyə-təsərrüfat fəaliyyətinin dərindən yoxlanılması barədə tapşırıq verilib”

Paşinyan sabahından, hər an devrilə biləcəyindən qorxur. Məsələ bundadır ki, bu gün Ermənistanda artıq keçmiş idarəetmə sisteminin seqmentləri arasında, liderlik nöqteyi-nəzərindən, inanılmaz rəqabət gedir. Təbii ki, bunu anlayan Paşinyan da qabaqlayıcı addımlar atmaq istəyir. O, ilk olaraq, bu gün Ermənistan hakimiyyətində təmsil olunan keçmiş dövlət nümayəndələrini zərərsizləşdirmək istiqamətində «işlər aparır». Ötən ayın ortalarına qədər ölkənin Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş Artur Vanetsyan da Paşinyandan əvvəlki hökumətin nümayəndələindən biri olub. Bəlkə də elə artıq bir neçə gündür ki, Ermənistanın Dövlət Audit İdarəsinin Milli Təhlükəsizlik Xidmətində yoxlamalar aprması məhz bunun nəticəsidir. Təsadüfi deyil ki, bu barədə məlumat yayan Ermənistanın «Qraparak» nəşri əldə etdiyi məlumatlara rəğmən, bunu istisna etmir. Nəşrin yazdığına görə, Dövlət Audit İdarəsinə Ermənistanın Milli Təhlükəsizlik Xidmətində qanun pozuntularının aşkar edilməsi tapşırılıb. Təbii ki, aşakar ediləcək hər hansı bir qanun pozuntusu xidmətin keçmiş rəhbəri barəsində cinayət işinin başlanması üçün əsas olacaq.
Xatırladaq ki ötən ay-sentyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın istefaya göndəriilməsi ilə bağlı göstəriş verdi. Maraqlıdır ki, bunun ardınsa istefasının səbəbini ironiyalı bir şəkildə bəyan edən Vanetsyan gedişinin ölkədə baş verən hadisələrə heç bir aidiyyəti olmadığını və bu addımı, sadəcə olaraq, öz istəyi ilə atdığını bildirmişdi. «Qraparak» nəşri də Dövlət Təftiş İdarəsinə Milli Təhlükəsizlik Xidmətinin maliyyə-təsərrüfat fəaliyyətinin dərindən yoxlanılması barədə tapşırığın, məhz sabiq hökumət nümayəndəsi olan Vanetsyanın özündən müştəbehliyinə görə verildiyini istisna etmir. Burada əsas məqsəd xüsusi xidmətin keçmiş rəhbəri Artur Vanetsyana qarşı cinayət işinin başlanmasıdır və yeni hökumət tərəfindən verilən tapşırıq da məhz buna hesablanıb. Bu,o deməkdir ki, Paşinyan artıq onu əhatə edənlərə etibar etmir. Şübhəsiz ki, belə hal onun hakimiyyəti itirmək qorxusu ilə bağlıdır. Komandada təmizləmə əməliyyatının belə tez başlaması, digər tərəfdən də, hakimiyyətin zəifləməsinin əlamətidir.
Erməni nəşri baş verənlərlə bağlı Dövlət Audit İdarəsinin mətbuat xidmətindən açıqlama almağa çalışdığını , lakin idarəyə ünvanladığı bütün sorğularının cavabsız qaldığını bildirib. Belə ki, Ermənistanın Dövlət Audit İdarəsi nəşrə lazım bilinən məlumatların dərc edilmək üçün onlara göndərilə biləcəyini istisna etməsə də, müvafiq bilinməyənlərin isə gizli saxlanılacağını istisna etməyib: «Lakin bizdə
hazırda dərc olunmaq üçün məsləhət bilinən hər hansı bir məlumat yoxdur»
Xatırladaq ki, bir müddət bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini Aram Akopyan xüsusi xidmətin keçmiş rəhbərinə qarşı cinayət işinin açılacağı barədə deyilənlərə şübhə ilə yanaşmışdı.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Paşinyanın iş yeri yalanları ifşa olunur
12.12.2019
“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info