Türkiyə Prezidenti: Ankara Suriyada təhlükəsizlik zonasını müstəqil yaradacaq
Tarix: 01.10.2019 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında bəyan edib ki, Ankara Suriyada təhlükəsizlik zonasını müstəqil yaradacaq. Anadolu Agentliyi xəbər verir ki, dövlət başçısı Fəratdan Dəcləyə qədər olan ərazinin şərqində bufer zonanın yaradılması məsələsində sərbəst hərəkət edəcəyini qeyd edib. “Türkiyənin artıq bu məsələdə itirəcək bir günü belə yoxdur. Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmadı. Bir gecə qəflətən gələ bilərik”, deyə R.T.Ərdoğan vurğulayıb. Prezident Ərdoğan qonşu ölkəyə qoşun yeridilməsinin səbəbini də açıqlayıb. O deyib: “Türkiyənin Suriyaya müdaxiləsinin yeganə səbəbi təhlükə mənbəyinin aradan qaldırılması və humanitar dəhlizin yaradılmasıdır. Biz Suriya vətəndaşları üçün dinc həyatın təmin edilməsini istəyirik. Türkiyə sonsuzadək milyonlarla suriyalı qaçqına sığınacaq vermək niyyətində deyil. Onların hamısı sonunda öz vətəninə qayıtmalıdır”. Türkiyənin dövlət başçısı qaçqınların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaradılmasını Ankaranın əsas vəzifələrindən biri adlandırıb.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
31.10.2020
Moskvada koronavirusdan daha 55 nəfər ölüb
30.10.2020
Ermənistan məhbusları Qarabağa göndərir
30.10.2020
Məni zorla döyüşlərə cəlb ediblər - Erməni din xadimi
30.10.2020
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin...“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info