Masallıda xeyirxah aksiyalar: Kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri sürətlənir
Tarix: 01.10.2019 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Masallı şəhərində, kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri anbaan sürətlənir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının hər həftə ərazilərdə keçirdiyi səyyar görüş - qəbullarda verdiyi tövsiyə və təşəbbüslər diqqətlə dinlənilir, camaat tərəfindən həyata keşirilir.
Artıq bu xeyirxah işlər çoxdandır ki, öz bəhrəsini verir. Yerlərdə yaşayış yerinin sakinləri bu xeyirxah aksiyaya qoşulmuş, hər kəs yaşadığqları ərazinin təmizlənməsinə, daha gözəl olmasına çalışırlar. Buna misal Kolatan, Təzə Alvadı, Gəyəçöl, Şaxırlı, Qasımlı, Xıl, Gəyəçöl və başqa kəndləri göstərmək olar.
Bu yaxınlarda rayonun Qarqalıq ərazisinin Eminli kəndi camaatı da xeyirxah işə start veriblər. Neçə illərdir ki, yollar bərbad halda idi. Kənd camaatçılıqla kəndara yolların təmirinə başlamışlar. Onlar bir neçə gün ərzində 1 kilometr uzunluğnda yola çınqil döşəmişlər. Bu işdə Ənvər Kərimov, Sücayət Eminov, Elnur Həsənov və başqaları fəallıq göstərirlər.
Masallı rayonun Qarqalıq ərazisinin Eminli kənd camaatından biri - Sücayət Eminovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi məlumatda deyilir ki, yaxın günlərdə yaşadıqları ərazidə yolların işıqlandırılmasına başlayacaqlar. Bu xeyirxah iş də camaatçılıqla ərsəyə gələcək.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15.10.2019
Naxçıvan Dövlət Tarix Muzeyi -95
15.10.2019
Masallı RİH başçısının Qızılavar ərazisinin Dəlləkoba kəndində səyyar görüş-qəbulu
15.10.2019
Masallıda “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info