Qətər kosmosa ilk peykini buraxıb
Tarix: 30.08.2013 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Qətər dövlətinin ilk “Suheyl-1” peyki cümə axşamı Fransız Qvianasında (Cənubi Amerikada Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan “Ariane-5” raketdaşıyıcısı ilə orbitə çıxarılıb.
Kosmik aparatın operatoru “Suheyl-sat” şirkətinin rəsmi saytı xəbər verir ki, peyk maneələrə davamlı müasir texnologiyalardan istifadə edilməklə yaradılmış və Qətərin televiziya kanallarının, o cümlədən “Əl-Cəzirə” xəbər kanalının siqnallarının ötürülməsi üçün nəzərdə tutulub.
Şirkət rəhbəri Əli Əhməd əl-Kuvayrinin sözlərinə görə, Qətərin ilk peyki 3 aylıq sınaq müddətindən sonra cari ilin dekabrında istismara veriləcək.
Yaradılmasına 3 il vaxt sərf olunan “Suheyl-1” peykinin çəkisi 6 tondan çoxdur. Şirkət nümayəndələrinin sözlərinə görə, məhz bu cəhət onun nəhəng peyklərdən biri hesab edilməsinə imkan verir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Sensasion araşdırma: Ölülər məzarda hərəkət edir və… - VİDEO
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info