Masallının Hişkədərə kəndi ərazisində səyyar görüş
Tarix: 02.10.2019 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


2 oktyabr 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Hişkədərə kəndində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 150-ə yaxın qəsəbə sakini iştirak etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Hişkədərə rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri, 3688 min əhalisi olan bu kənddə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müracıətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasınakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar Cənab Prezidentin sərəncanı ilə təmir olunur.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd sakinlərindən Söhrab Ağayev, Dövlət Gözəlov, Mətləb Mənsimov, Şıxəli Əliyev, Abuzər İsmayılov, Xalıq İmanov və başqaları pay torpaqlarının kooperativ şəkildə birləşməsi, məktəb tikintisi, suaparıcı kanallların təmizlənməsi, işıq transformatorlarının dəyişdirilməsi, kəndin asfalt yoluna Dövlət yol müfəttişinin cəlb edilməsi və sair məsələləri gündəmə gətirmişlər.
Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15.10.2019
Naxçıvan Dövlət Tarix Muzeyi -95
15.10.2019
Masallı RİH başçısının Qızılavar ərazisinin Dəlləkoba kəndində səyyar görüş-qəbulu
15.10.2019
Masallıda “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info